İnsanlara hürriyət, millətlərə istiqlal!

8 min qırğızı İngiltərəyə "sezon"a gedə biləcək

Böyük Britaniya 2023-cü ildə mövsümi kənd təsərrüfatı işləri proqramında Qırğızıstan vətəndaşları üçün kvotanı artıracaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Qırğızıstandakı səfiri Nikolas Bouler Bişkekdə Qırğız Respublikasının prezidenti Sadır Japarovla görüşündə deyib.

Nikolas Bouler mövsümi işə qəbul proqramını iki ölkə arasında əməkdaşlığın uğurlu nümunələrindən biri adlandırıb. Sadır Cəfərov yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Böyük Britaniya Qırğızıstanı inkişaf etməkdə olan ölkələr üçün yeni ticarət sxeminə daxil edib. İndi respublikanın, demək olar ki, bütün ixrac səbəti Böyük Britaniya bazarına rüsumsuz və ya güzəştli giriş hüququ əldə edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR