Onlayn ictimai-siyasi qəzet
64 yaşlı şəxs bu dəfə 85 minlik dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqrdara dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb.
Musavat.com xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev "Art Dizayn" MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.
2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərrəçəkmişlərlə barışsa da digərlərinin pulunu ödəməyib.
Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaq doldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaq doldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.
Alahverdiyev deyib ki, aldığı pulun 65 min manata yaxınını layihə üçün xərcləyib. O, iş alınmadığı üçün Elşadın ondan şikayət etdiyini deyib.
Zərərçəkmiş şəxs pulunu ala bilmədiyi üçün Allahverdiyevdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə Allahverdiyev 6 il azadlıqdan məhrum edilib. Onun indiki cəzası əvvəlki 6 illik həbs cəzası ilə birləşdirilib və ümumi olaraq 8 il azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ