İnsanlara hürriyət, millətlərə istiqlal!

600 min venesuelalı qorunan miqrant statusunu itirdi

ABŞ hökuməti dünən təxminən 600,000 venesuelalı miqrantı deportasiyadan qoruyan “Müvəqqəti qorunan status” proqramının uzadılmasını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem Fox News-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, əvvəlki Co Bayden administrasiyası yanvarın 10-da bu proqramın müddətini 2026-cı ilin oktyabrına qədər uzadıb. "Bu, bu insanların qalmasına və qanunlarımızı pozmağa davam etməsinə imkan verirdi", - Noem deyib.

ABŞ prezidenti Donald Tramp 2012-ci ildən bəri ABŞ-a gələn Venesuela vətəndaşlarına qarşı bütün sığınacaq işlərinin hərtərəfli araşdırılmasını tələb edən fərman verib. O hesab edir ki, hazırda Birləşmiş Ştatlarda yaşayan venesuelalıların 90% -i Venesuelada həyatlarının təhlükə altında olduğu barədə millətə yalan danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR