İnsanlara hürriyət, millətlərə istiqlal!

6 aya 26 kilo arıqladı - Karaca sirrini açıqladı

Türkiyənin tanınmış müğənnisi Işın Karaca son 6 ayda 26 kilo verərək diqqətləri üzərinə çəkib.

Kiprdə səhnə alan Karaca yeni görünüşü ilə pərəstişkarlarının marağına səbəb olub.

Müğənni kilo verməsinin əsas səbəbi olaraq yeməkdən uzaq durmasını göstərib:

“Ən böyük sirrim yeməməkdir. Yemədikdə olurmuş. Özümü çox yaxşı hiss edirəm, keyfim yerindədir. Sağlamlıq hər şeydən önəmlidir”.

Işın Karaca sağlamlıq vəziyyətini qorumaq üçün balıq yağı və maqnezium əlavələri qəbul etdiyini və bütün prosesin mütəxəssis nəzarətində olduğunu bildirib. O, bu dəyişikliklərin özünü daha yaxşı tanıması ilə əlaqəli olduğunu vurğulayıb:

“Bu ölkədə Sibel Can ilə birlikdə ən çox kilo alıb verən qadınam. Nəhayət, başa düşdüm ki, bu iş insanın özünü tanıması ilə olurmuş”.     (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR