Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Tramp və İlon Mask arasında artan gərginlik Ağ Ev tərəfindən siyasi elita üzərində ciddi təzyiqə çevrilib. Rəsmi Vaşinqton yüksək vəzifəli şəxslərə və ictimai fiqurlara müraciət edərək onları seçim qarşısında qoyub – ya Trampın, ya da Maskın tərəfində olmaq.
Musavat.com xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, son günlərdə Tramp və Mask arasında baş verən açıq qarşıdurma fonunda Ağ Ev nümayəndələri və Trampın yaxın ətrafı iş dünyası, media və siyasət dairələrindəki tərəfdaşlarından konkret mövqe tələb edirlər.
Tramp administrasiyasının yüksək vəzifəli üzvlərindən biri jurnala bildirib: “Onlar İlonun dostlarını əlindən alırlar”.
Jurnalın digər mənbəsi əlavə edib ki, cümə axşamı baş verən açıq qarşıdurmadan sonra hökumət rəsmiləri və Trampın yaxın ətrafı yüzlərlə mesajla “bombalanıb”.
Bu mesajlarda müxtəlif dairələrdən olan şəxslər Trampa sədaqətlərini ifadə ediblər.
Qeyd edək ki, Tramp və Mask arasında son aylarda münasibətlər xeyli gərginləşib. Mask bəzi siyasi çıxışlarında Trampın bəzi siyasətlərini tənqid etmiş, Tramp isə cavab olaraq onu “ağzını bilməyən texnokrat” adlandırmışdı.
Hazırkı vəziyyət ABŞ elitasında ciddi parçalanma və tərəf seçmə prosesini daha da gücləndirib.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ