İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentliyə namizədə sui-qəsd – 15 yaşlı yeniyetmə başından güllə ilə vurdu


Kolumbiyada prezident seçkilərinə sayılı günlər qalmış ciddi siyasi sui-qəsd hadisəsi baş verib. Müxalifətdə olan “Demokratik Mərkəz” partiyasının senatoru və prezidentliyə aparıcı namizəd Miquel Uribe seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, hadisə paytaxt Boqotada baş verib. "El Tiempo" qəzetinin məlumatına görə, naməlum şəxs – cəmi 15 yaşlı bir yeniyetmə Uribeyə 1.5 metrlik məsafədən altı dəfə atəş açıb. Güllələrdən biri onun başına dəyib. Hadisə zamanı senatorla yanaşı iki nəfər də yaralanıb.

Senator dərhal xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti kritik olaraq qiymətləndirilir. Silahlı yeniyetmə isə Uribenin mühafizəçiləri tərəfindən yaralanaraq saxlanılıb.

Hadisə ölkə miqyasında şok effekti yaradıb və seçkiöncəsi gərginliyi daha da artırıb. Rəsmi dairələr hücumun motivlərini araşdırır. Kolumbiya hökuməti və beynəlxalq ictimaiyyət baş verənləri qınayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR