Onlayn ictimai-siyasi qəzet
Rusiya “Pautina” adlı dron əməliyyatına hələ tam cavab verməyib və yaxın günlərdə daha böyükmiqyaslı hücumlar həyata keçirəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Kreml yaxın zamanda hava hücumları da daxil olmaqla, müxtəlif vasitələrlə Ukraynaya qarşı genişmiqyaslı cavab tədbirləri planlaşdırır.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, Rusiya tərəfinin cavabı Ukraynanın dronlarla həyata keçirdiyi əməliyyata nisbətdə qeyri-proporsional olacaq və strateji nəticələr doğura bilər.
Hazırda Vaşinqton vəziyyəti yaxından izləyir və Moskvanın atacağı növbəti addımları təhlil edir.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ