İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya cəbhədə güc itirir – Qərb Putini danışıqlara məcbur edə bilər

Qərbin Ukraynaya davam edən hərbi yardımı və Rusiya ordusunun artan itkiləri prezident Vladimir Putinin müharibə ilə bağlı mövqeyini dəyişməyə və danışıqlar masasına oturmağa vadar edə bilər.

Musavat.com xəbər verir ki, bu qənaətə ABŞ-ın nüfuzlu Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib. Mərkəzin ekspertlərinin fikrincə, Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılması siyasi baxımdan vacib addım olsa da, bu, Putinin mövqeyini dəyişdirmək üçün yetərli deyil. Əsas həlledici faktor döyüş meydanındakı real itkilərdir.

ISW analitikləri bildirirlər ki, ABŞ və müttəfiqləri Ukraynaya müasir silahlar tədarükünü davam etdirməlidirlər. Bu, həm Rusiya ordusunun irəliləməsini əngəlləməyə, həm də ona daha ciddi itkilər verməyə imkan yarada bilər:

“Rusiya ordusunun canlı qüvvə və texnika baxımından yaşadığı itkilər, xüsusilə də bu itkilər ərazi qazancı ilə üst-üstə düşmədikdə, Putinin daxildə iqtisadi-sosial balansı qorumasını və xalqın dəstəyini saxlamağını çətinləşdirəcək.”

ISW qeyd edir ki, bu cür təzyiq strategiyası Rusiya rəhbərliyinin “qələbə” anlayışına təsir göstərərək onu danışıqlara yönəldə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR