Onlayn ictimai-siyasi qəzet
İlon Maskın atası Errol Mask Moskvaya gəlib və ABŞ prezidenti Donald Trampla yaşanan gərginlik barədə sensasion açıqlama verib.
Musavat.com xəbər verir ki, Errol Mask oğlu ilə Tramp arasında yaşanan qarşıdurmanı “kiçik məsələ” adlandırıb və bildirib ki, bu gərginlik çox çəkməyəcək.
“Onlar beş ay boyunca ciddi stress altında idilər. Müxalifəti aradan qaldırmalı, ölkəni normal vəziyyətə qaytarmalı, gündəlik işlərlə məşğul olmalı idilər. Yorulublar, gərgindirlər. Belə şeylər ola bilər. Tramp prezidentdir və seçilmiş prezidentdir. Məncə, İlon səhv etdi. O, çox yorulub, üstəlik beş ay davam edən stress... Nəticədə meydanda yalnız Tramp və İlon qaldılar,” – deyə o bildirib.
Errol Mask əlavə edib ki, İlon prinsipialdır və Demokratların “axmaq ideyalarının” qarşısını almağa çalışır, Tramp isə siyasi taktika ilə məşğuldur və səs qazanmaq üçün bu cür davranır.
Qeyd edək ki, Errol Mask Moskvaya “2050 Gələcəyin Forumu”nda iştirak etmək üçün gəlib. Onun bu açıqlamaları ABŞ-da siyasi və texnoloji dairələrdə yeni müzakirələrə səbəb olub.
Musavat.com
09 Iyun 2025
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ