İnsanlara hürriyət, millətlərə istiqlal!

6 ay əvvəl tikilmiş bina belə dağıldı - ŞOK VİDEO

Malatya şəhərinin Bostanbaşı rayonunda 6 ay əvvəl inşa edilən və zəlzələyə davamlı sertifikatı ilə satışa çıxarılan iki bloklu "Asur Residences" zəlzələdən sonra dağılıb.

Musavat.com sosial şəbəkələrə istinadən xəbər verir ki, binanın bloklarından birinin çökmə anı sakinlər tərəfindən lentə alınıb.

Məlumata görə, binanın tikintisi başa çatdıqdan sonra zəlzələyə davamlı və dəmir-beton konstruksiyası ilə inşa olunması barədə sertifikat paylaşılıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı durmadan artır. Yaralıların sayı isə 20 min 534-dür. 

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR