Onlayn ictimai-siyasi qəzet
Məşhur türk müğənni Özcan Deniz 53 yaşını qeyd edir.
Musavat.com xəbər verir ki, Deniz həyat yoldaşı Samar Dadqar və oğlu Kuzey ilə birlikdə çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bu gün 19 maydır. Atatürkün gəncliyə hədiyyə etdiyi bu gözəl günü təbrik edirəm.
Eyni zamanda bu gün mənim doğum günümdür. Bəli, son illər məni doğulduğuma peşman edən insanlarla çətin sınaqlardan keçsəm də, onların doğulduqları və həyatımda olduqları üçün şükür etdiklərimlə, şərait nə olursa olsun yanımda olan, sənətimi sevən dəyərli izləyicilərimlə və hər zaman varlıqları ilə mənə güc verən dostlarımla birlikdə həyat möhtəşəm keçir. Sizi sevirəm. Doğum günümü təbrik edən bütün sevənlərimə təşəkkür edirəm”.
Xatırladaq ki, bir müddətdir ailəsi ilə problemlər yaşayan sənətçi anası Kadriye Deniz və qardaşı Ercan Deniz tərəfindən səsləndirilən ittihamlardan sonra mart ayında ürəktutma keçirmiş, xəstəxanaya yerləşdirilmişdi.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ