Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT), Reyhanlıda 53 nəfərin həlak olmasına səbəb olan terror aktını törədənlərdən biri olan Temir Dükancını ələ keçirib.
MİT-in sərhədyanı əməliyyatı nəticəsində Temir Dükancı tutulub və Türkiyəyə gətirilib.
Saxlanılan şəxs terror hadisəsi günü bombanı avtomobilə özü yerleşdirdiyini etiraf edib.
Dükancı "dövlətin birliyini, ərazi bütövlüyünü pozmaq" və "qəsdən adam öldürmə" ittihamları ilə həbs edilib. O, narıncı kateqoriyada axtarışda olan ən təhlükəli terrorçulardan biri hesab olunurdu.
Xatırladaq ki, 2013-cü ildə Türkiyənin Hatay şəhərinin Reyhanlı rayonunda 53 nəfərin həlak olmasına səbəb olan böyük terror aktı törədilmişdi./Milli.Az/
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ