Onlayn ictimai-siyasi qəzet
Tacikistanda bu gün 5,9 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Xucənd şəhərindən 171 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Qazaxıstan və Türküstanda da hiss edilib.
Hazırda tələfat və dağıntılarla bağlı heç bir məlumat yoxdur. Yerli orqanlar vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ