İnsanlara hürriyət, millətlərə istiqlal!

42 ölkə Rusiyanın hərbi cinayətlərinə görə Haaqa məhkəməsinə müraciət edib

50-yə yaxın ölkə Rusiyaya qarşı beynəlxalq məhkəməyə müraciət edib. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə ilə əlaqədar artıq 42 ölkə Haaqa Beynəlxalq Məhkəməsinə müraciət edib.

"Müraciətlərə səbəb Vladimir Putinin hərbçilərinin hərbi cinayətlər törətməsidir. Hərbi cinayətlərin beynəlxalq səviyyədə araşdırılmasına başlanılıb. Bu ölkələrin müraciəti Ukrayna üçün proseduru sadələşdirməyə və sürətləndirməyə imkan verdi", - nazir deyib.

Malyuska bildirib ki, hazırda ölkənin hər yerindən ekspertlər Kiyev vilayətinin Buça şəhərində rus hərbçilərin törətdiyi cinayətlərə dair sübutlar toplayır. Onun sözlərinə görə, işğalçıların hərbi cinayətlərinin sayı və miqyası heyrət doğurur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR