İnsanlara hürriyət, millətlərə istiqlal!

40-a yaxın bələdiyyə sədri haqqında iddia ərizəsi verilib

“Bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər. 40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik”.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

“Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər. Baxmayaraq ki, biz inzibati nəzarəti həyata keçirən orqanıq. Onlar təkliflərimizi tədbiq etmədikləri üçün verdikləri aktları qanunsuz hesab etdik. Bu faktın özü bir daha göstərir ki, bələdiyyələrin bəziləri istəyəndə müstəqil fəaliyyət göstərə bilirlər”, - deyə nazir müavini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR