Onlayn ictimai-siyasi qəzet
Çində dəhşətli hadisə baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çində 25 şagirdin sıyığına nitrat turşusu qataraq zəhərləyən bağça müəlliməsi edam edilib.
Zəhərlənən uşaqlardan biri 10 aylıq müalicədən sonra dünyasını dəyişib. Müəllimənin isə ötən gün - iyulun 13-də edam olunduğu bildirilir.
Araşdırma zamanı müəyyən edilib ki, 39 yaşlı müəllimə bir neçə il öncə, həyat yoldaşını da nitrat turşusu ilə zəhərləməyə cəhd edib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ