Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bursa şəhərində ağlasığmaz hadisə baş verib.
Musavat.com “İhlas” agentliyinə istinadən xəbər verir ki, ərləri və sevgililəri tərəfindən tərk edilən və aldadılan qadınların sevgilisini geri qaytardığını iddia edən falçı həbs edilib.
Tələyə saldığı qadınları və gənc qızları qaldığı mənzilə çağıran 22 yaşlı fırıldaqçı ekstrasens M.Ç.-nin bəzi qadınlara təcavüz etdiyi, küllü miqdarla pul tələb etdiyi, eyni zamanda qəbuluna gələn şəxslərdən onları kredit almağa məcbur etdiyi bildirilir.
Polis əməliyyat zamanı ekstrasensin qısa müddətdə qadınlardan 500 min lirə yəni (təxmini 33 000 manat) aldığı müəyyən edilib. Mənzildə aparılan axtarışlar zamanı evdən həmçinin sənədsiz tapança və saxta polis sənədi də aşkar edilib.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ