İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-ci ildə nə yeməli? - Dietoloqların seçdiyi 10 əsas məhsul

Dietoloqlar immuniteti gücləndirən və iltihabı azaldan məhsulları müəyyən ediblər. 2025-ci ildə istehlakçılar getdikcə daha çox bağırsaq sağlamlığı üçün faydalı olan məhsullara üstünlük verirlər. Onlar həm də daha ekonomik və bitki mənşəli alternativlər axtarırlar.

Lent.az-ın məlumatına görə, sorğuda 874 lisenziyalı dietoloq iştirak edib:

Ekspertlərin sözlərinə görə, “superfood” adlandırılan məhsullara maraq son illərdə artmaqda davam edir. Bu məhsullar təkcə vitamin, mineral və antioksidant zənginliyi ilə deyil, həm də ümumi sağlamlığı dəstəkləməsi – o cümlədən həzm sisteminin yaxşılaşdırılması, immunitetin gücləndirilməsi, iltihabın azaldılması və xroniki xəstəliklərin qarşısının alınması – ilə qiymətləndirilir. Əlavə üstünlük isə onların əldə edilməsinin asan olmasıdır.

2025-ci ilin superfood siyahısında lider olan 10 məhsul:

Fermentləşdirilmiş məhsullar – kefir, qatıq, kimçi, kombuça və digər probiotik təsirə malik qidalar sağlam bağırsaq florası üçün vacibdir.

Giləmeyvələr – moruq, yabanı mersin, zoğal və digər mövsümi giləmeyvələr tərkibində C vitamini, lif və antioksidantlar sayəsində yenidən populyarlaşıb.

Sümük bulyonu – bu siyahının yeni iştirakçılarındandır; kollagen və oynaq, eləcə də həzmi dəstəkləyən amin turşuları ilə zəngindir.

Toxumlar – çia və çətənə toxumu Omeqa-3, zülal və liflə zəngin bitki mənşəli alternativlər axtaranların sevimlisidir.

Avokado – uzun müddətdir düzgün qidalanma tərəfdarlarının menyusunda yer alan bu meyvə doymamış yağlar və vitaminlərlə doludur.

Yarpaqlı göyərtilər – ispanaq, kale kələmi və digər göyərtilər immuniteti möhkəmləndirir və orqanizmi təmizləyir.

Qoz-fındıq – xüsusilə badam və qoz E vitamini, faydalı yağlar və maqneziumla zəngindir.

Qədim dənli bitkilər – amaranta, kinoa və polba balanslı qidalanmanı seçənlər üçün idealdır.

Yaşıl çay – metabolizmi sürətləndirən və hüceyrələri qoruyan katexinlər və digər antioksidantlarla zəngindir.

Paxlalılar – noxud, lobya, mərcimək və qara noxud həm bitki mənşəli zülal, həm də lifin əsas mənbəyidir.

Qeyd olunur ki, giləmeyvələr, sümük bulyonu və göyərtilər bu illik reytinqin yeni iştirakçılarıdır, lakin artıq bir çox insanın gündəlik rasionunun ayrılmaz hissəsinə çevriliblər. Bu məhsullar təkcə faydalı deyil, həm də universaldır – gündəlik menyuya rahatlıqla daxil edilə bilər. Hərçənd tək bir məhsul balanslı qidalanmanı əvəz edə bilməz, superfood-ların ağıllı şəkildə rasiona daxil edilməsi sağlamlığa doğru bir addımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR