İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirlikləri FÖVQƏLADƏ rejimə keçir, İran HAZIRLIQ görür - Tramp və Pezeşkiandan BƏYANATLAR

İranın mümkün hücum ehtimalı fonunda ABŞ Dövlət Departamenti dünya üzrə diplomatik nümayəndəliklərini fövqəladə rejimə keçməyə çağırıb. Musavat.com xəbər verir ki, bu barədə “Washington Post” qəzetində yer alan məlumatda qeyd olunub.

Məlumata görə, əmr Şərqi Avropa və Şimali Afrikadakı, həmçinin İranın raket zərbələri ilə hədəf ala biləcəyi məsafədə yerləşən bütün səfirlik və konsulluqları əhatə edir. Bu halda ABŞ -ın Azərbaycandakı səfirliyi də DD-nin xüsusi tapşırıqları sferasına düşür.

Bildirilir ki, ABŞ artıq diplomatik nümayəndəliklərinə göstərişlər verib: fövqəladə hallara cavab verə biləcək xüsusi qrupların yaradılması; mümkün risk və təhdidlərin qiymətləndirilməsi; bu riskləri minimuma endirmək üçün konkret təhlükəsizlik planlarının hazırlanaraq mərkəzə təqdim edilməsi.

Departamentdən verilən açıqlamaya görə, bu addım bölgədə son günlər artan hərbi ritorika və təhlükəsizlik məlumatları ilə əlaqəlidir. Xüsusilə İranın birbaşa və ya dolayı yollarla ABŞ maraqlarına zərbə endirmək imkanlarını artırması Vaşinqtonda ciddi narahatlıq doğurub.

Ekspertlərə görə, bu cür addımlar diplomatik “profilaktika” deyil, real təhlükənin astanasında atılan təcili addımlardır. Belə ki, ABŞ son günlərdə Bağdaddakı səfirliyinin heyətini təxliyə edib, Bəhreyn və Küveytdəki ailə üzvlərinə çıxış imkanı yaradıb. Eyni zamanda, İranın müdafiə strukturlarının ABŞ bazalarını hədəf almağa hazır olduğu barədə xəbərlər yayılıb.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərin regiondan amerikalı hərbçilərin ailə üzvlərinin niyə çıxarıldığı ilə bağlı sualına qısa və diqqətçəkən cavab verib: “Görəcəksiniz. Təşəkkür edirəm”.

Ağ Evin qarşısında verilən bu açıqlama Vaşinqtonun Tehrana qarşı ciddi addımlar atmağa hazırlaşdığı ehtimalını daha da gücləndirib. Tramp əlavə olaraq bildirib: “Biz Tehrana xəbərdarlıq etdik. Onların nüvə silahı əldə etməsinə icazə verilməməlidir. Bundan sonra nə olacağını görəcəyik”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR