Onlayn ictimai-siyasi qəzet
Rusiya may ayında Ukraynada son illərin ən böyük ərazi irəliləyişini əldə edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın (WSJ) məlumat yayıb.
Qeyd edilib ki, Rusiya ordusu 2022-ci ilin sonundan bəri Ukraynada ən böyük ərazi irəliləyişini məhz 2025-ci ilin may ayında reallaşdırıb.
Mənbəyə əsasən, Rusiya qüvvələri son aylarda hücum tempini xeyli artırıb. Yeni mərhələdə Konstantinovka şəhəri əsas hədəflərdən birinə çevrilib.
WSJ yazır ki, Çasov Yar və Pokrovsk şəhərlərinə edilən hücumlar Rusiya tərəfinin canlı qüvvə və sursat itkilərinə baxmayaraq, hətta strateji baxımdan əhəmiyyətsiz yaşayış məntəqələrini belə ələ keçirməyə hazır olduğunu göstərir.
Hərbi analitiklər isə Konstantinovka uğrunda döyüşlərin uzunmüddətli və qanlı ola biləcəyini proqnozlaşdırırlar.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ