Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Məlumata görə, əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamentin fəaliyyətində ictimai iştirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilir.
“Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi “Azərbaycan” qəzetinin 14 oktyabr 2023-cü il tarixli nömrəsində dərc olunub” - məlumatda deyilir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ