Onlayn ictimai-siyasi qəzet
Özbəkistan təmsilçisi Diyora Keldiyorova 2024-cü il Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Bu, ölkənin Olimpiya Oyunlarında ilk medalıdır.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Keldiyorova Özbəkistan tarixində Yay Olimpiya Oyunlarında qızıl medal qazanan ilk qız, cüdoda isə qızıl medal qazanan ilk idmançı olub.
Təsdiq olunmuş pul mükafatlarının məbləğlərinə uyğun olaraq, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında medal qazanan idmançılara dövlət büdcəsindən 200 min dollar, gümüş medala sahib olanlara 100 min dollar və bürünc medal əldə edənlərə isə 50 min dollar məbləğində mükafat veriləcək.
Özbəkistan olimpiya medallarına görə idmançılara verilən mükafatın məbləğinə görə MDB-də ilk üçlükdə idi.
Olimpiadada qızıl medala görə dövlət tərəfindən ən böyük mükafat Qazaxıstan (250 min dollar) və Azərbaycan (248 min dollar) idmançılarına ödəniləcək.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ