Onlayn ictimai-siyasi qəzet
Yeni Müsavat Media Qrupunun rəhbəri, təcrübəli jurnalist Rauf Arifoğlu, Real TV-də yayımlanan “Sabaha Elnarə” proqramında dəyərli aparıcı Elnarə Təhmezova ilə birlikdə Azərbaycan və dünya gəncliyinin problemləri, nəsillər arası münaqişələr və yeni kommunikasiya inqilabının yaratdığı reallıqlar haqqında dərin və maarifləndirici müzakirələr aparıb.
Proqramda Rauf Arifoğlu nəsillər arasındakı dəyişikliklər və münaqişələrə toxunaraq maraqlı fikirlər səsləndirib. O qeyd edib ki, 1970-ci illərdə “Çarlston” və “Mahbuba” rəqsləri ilə gəncliyini keçirən, hind mahnılarına dingildəyən və onları əzbərləyib, oxuyan nəsil bu gün ağsaqqal olub, gəncliyi tənqid edir, onların sosial media və internet istifadəsinə qarşı çıxır və “indiki gənclik...” rədifli ifadələrlə mənfi mövqe sərgiləyir...
Rauf Arifoğlu vurğulayıb ki, müasir Azərbaycan gəncliyi tarixi bir hadisədir və son 200 ilin kontekstində bir fenomendir. Bu gənclik təkcə öz cəsarəti və azadfikirliliyi ilə deyil, həm də dövlətin və millətin gələcəyi üçün strateji dayaq rolunu oynaması ilə seçilir. Azərbaycan dövləti bu gəncliyə güvənərək torpaqlarını azad etdi və millətə zəfər bəxş etdi.
• “Şəhidlərin şahidi olan gənclik…” ifadəsi ilə Rauf Arifoğlu, bu gəncliyin Qarabağ Zəfərinin memarlarından olduğunu vurğulayaraq, onların həm müasir texnologiyalarla, həm də tarixi irslə bağlılıqlarını xüsusi qeyd edib.
Proqramda həmçinin gəncliyin Azərbaycan dövlətçiliyinin inkişafında rolu və gələcək nəsillər üçün yaratdığı imkanlar ətrafında müzakirələr aparılıb. Hər iki iştirakçı Azərbaycanın müasir gəncliyini gələcəyin ümid çırağı kimi xarakterizə edib.
Musavat.com bu mühüm və maarifləndirici müzakirəni izləməyi tövsiyə edir və daha ətraflı məlumat üçün oxucularını sayta dəvət edir.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ