İnsanlara hürriyət, millətlərə istiqlal!

“Efirə çıxan adam bahalı maşınla gəzməlidir?” - VİDEO

Aktyor Murad İsmayıl populyarlığın çətinliklərindən bəhs edib.

Musavat.com xəbər verir ki, bu barədə aktyor “Pərvizə görə”də danışıb.

Murad bildirib ki, tələbəlik illərində tanınmaq ona psixoloji təzyiqlər yaradıb:

“Maşınım olmayanda avtobusla metroya, oradan da çəkilişə gedirdim. Məşhurluğun yorduğu deyəndə, ağlıma o gəlir ki, insanlar psixoloji təzyiq göstərirdilər. Sanki efirə çıxan hər kəsin bahalı maşını olmalıdır.

O vaxt çox əziyyət çəkirdim. Deyirdilər ki, bu niyə metroya minir, avtobusla gedir? Tələbə olsam da, tanınırdım. 20 Yanvarda piyada keçidindən keçəndə hərə bir söz atırdı. O vaxt məni incidirdi, kompleksə düşürdüm. Fikir edirdim ki, metroya, avtobusa minəndə nə olur ki? O vaxt peşman oldum ki, tanınmaq da bir şey deyil. Rahat gəzə bilmirdim. Guya efirə çıxan adam mütləq bahalı maşınla gəzməlidir?

İndi vecimə deyil, 30 yaşım var. İndi də teatra metro ilə gedirəm, vaxtında çatmaq üçün. Kim nə deyir, desin. Artıq elə sözlər mənə pis təsir edə bilməz”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR