İnsanlara hürriyət, millətlərə istiqlal!

Ət bol olacaq, bəs təmizlik? – Bayrama günlər qalmış məntəqələrdə vəziyyət – REPORTAJ

Ramazandan sonra İslam dünyasının ən müqəddəs ikinci bayramı – Qurban bayramına bir neçə gün qalır. İyunun 5-6-da milyonlarla müsəlman bu əziz günü qeyd edəcək. Azərbaycan da istisna deyil.

Artıq bayram hazırlıqları başlayıb, qurbanlıq heyvanların satış və kəsimi üçün xüsusi məntəqələr təşkil olunub.

Amma əsas sual budur: bayram ərəfəsində bu məntəqələrdə vəziyyət necədir? Gigiyena və sanitar normalara əməl olunurmu?

Musavat.com-un əməkdaşları bu suallara cavab tapmaq üçün Qurban bayramı öncəsi Bakının kəsim məntəqələrindən birinə – “Azmeat” müəssisəsinə baş çəkib.

AZMEAT.jpeg (1.42 MB)

Girişdə bizi xüsusi geyimlərdə olan işçilər qarşılayır. Qapıda dezinfeksiya prosesi həyata keçirilir. Daxildə isə iri, səliqəli və ciddi şəkildə təşkil olunmuş kəsim prosesi diqqətimizi çəkir.

Məntəqənin əməkdaşları bildirirlər ki, kəsimə buraxılan hər bir heyvan əvvəlcədən baytarlıq müayinəsindən keçir. Sağlam olmayan heyvanların kəsimə buraxılması qəti şəkildə qadağandır. Heyvanlar xüsusi yerlərdə saxlanılır, kəsim prosesi isə müasir texnika ilə aparılır.

Sanitar-gigiyenik tələblərə əməl olunması həm heyvanın ətinin keyfiyyəti, həm də insanların sağlamlığı üçün vacibdir. Tullantıların idarə olunması, təmizləmə və dezinfeksiya işləri gün ərzində bir neçə dəfə həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də Qurban bayramına xüsusi hazırlıq görüb.

QALİB.jpeg (102 KB)

Məsələ ilə bağlı Musavat.com-a danışan AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, artıq hazırlıq prosesi tam başa çatıb:

“Bu il ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Qurban bayramı iyunun 6-7-də qeyd olunacaq və vətəndaşlara rahat, təhlükəsiz şərait yaradılması üçün bütün addımlar atılıb”.

Ən mühüm yeniliklərdən biri isə işğaldan azad olunmuş ərazilərdə – Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa və Ağdərədə səyyar kəsim məntəqələrinin qurulmasıdır.

Bundan başqa, Ordubad, Babək və Şərur rayonlarında da bu cür mobil xidmətlər fəaliyyət göstərəcək.

“Səyyar tipli məntəqələrdə də eyni sanitar normalar tətbiq olunacaq. Heyvanların baytarlıq müayinəsi, kəsim sonrası ətin baytarlıq-sanitariya ekspertizası və tullantıların idarə olunması ciddi nəzarətdədir. Bioloji təhlükəsizliyin təmin olunması üçün müxtəlif qurumların iştirakı ilə xüsusi işçi qruplar yaradılıb”, - deyə Qalib Əbdüləliyev vurğulayıb.

MEAT.jpeg (1.31 MB)

Vətəndaşın əsas sualı isə budur: Qiymətlər necə olacaq?

Əlbəttə, bayram yaxınlaşdıqca vətəndaşları ən çox düşündürən məsələ qiymətlərdir. Əldə etdiyimiz məlumata görə, qurbanlıq heyvanların qiymətində hələlik kəskin artım müşahidə olunmur. Amma bəzi məntəqələrdə alıcı sıxlığı səbəbilə müəyyən fərqlər ola bilər.

Qiymətlər heyvanın çəkisi və növündən asılı olaraq dəyişir: bir baş xırdabuynuzlu heyvan 250-400 manat, iribuynuzlu isə 800-1500 manat arasında dəyişir.

BUYNUZLU.jpeg (916 KB)

Alıcılar əsasən təhlükəsiz və nəzarətli kəsim şəraitini üstün tuturlar, bu isə kütləvi şəkildə təşkil olunan məntəqələrə marağı artırır.

Şahanə Rəhimli
İnarə, Mənzər
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR