Onlayn ictimai-siyasi qəzet
Məşhur aktyor İlker Aksumun taksi sürücü ilə qalmaqallı mübahisəsi ilə bağlı görüntülər yayılıb.
Hadisə İzmirin Urla bölgəsində baş verib. Aksum avtomobil idarə edərkən digər sürücülərdən biri ilə sözlü mübahisə yaşayıb və maşınından enərək həmin şəxslə qarşıdurmaya girib.
Aktyorun qarşı tərəfə söyüşlər yağdırdığı və onu açıq şəkildə təhqir etdiyi görüntülər ətrafdakı sürücülər tərəfindən anbaan qeydə alınıb.
Hadisə zamanı İlker Aksumun yanında həyat yoldaşı Dilay Aksum da olub. O, aktyoru sakitləşdirməyə çalışsa da, buna müvəffəq olmayıb.
Həmin anları təqdim edirik:
Milli.Az
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ