Onlayn ictimai-siyasi qəzet
Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) yeni unikal xüsusi əməliyyat keçirərək, Krım körpüsünə üçüncü dəfə zərbə endirib.
Bu barədə sözügedən qurum məlumat yayıb. Məlumatda deyilir ki, Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü su altından partladıb. Hazırda körpü fövqəladə vəziyyətdədir.
Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi bildirilir. Məlumata görə, SBU agentləri Rusiya Federasiyası tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar.
Nəticədə bu gün, iyunun 3-də dinc əhali arasında itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.
Kreml Rusiya aviabazalarına endiri zərbələri və dəmir yolu körpülərinin partladılmasına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ukraynanın bazar günü Rusiyaya etdiyi hücumlarla bağlı məlumatı onlayn rejimdə aldığını söyləyib.
Kremlin sözçüsü Ukraynanın Rusiyanın strateji aviasiya aerodromlarına PUA hücumları və dəmir yolu körpülərini parlatması ilə bağlı istintaqın nəticələrini gözləməyi təklif edib.
Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib.
Hücumlar Rusiya ərazisindən, bilavasitə hərbi aerodromların yaxınlığından həyata keçirilib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin çoxlu sayda təyyarəsinə ziyan vurulduğu bildirilib.
Rusiya qoşunları Ukraynanın Sumı vilayətində Andrivka kəndini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin “Şimal” qoşun qrupunun bölmələri tərəfindən işğal olunub.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Qədir Aslanla müzakirə edir.
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ