Onlayn ictimai-siyasi qəzet
"Sabah" klubunda keçirdiyim dövrlə fəxr edirəm. İkinci mövsümdə bizdə əla komanda formalaşmışdı, hər şey alınırdı".
Offsideplus.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Rusiyanın "Krasnodar" klubuna ölkə çempionluğunu qazandıran Murad Musayev sports.ru saytına müsahibəsində deyib.
2021-2024-cü illərdə "Sabah"ı çalışdıran rusiyalı məşqçi "Krasnodar"a qayıtması barədə danışıb: "Həmin mövsümün ortalarında "Krasnodar"da baş məşqçi dəyişikliyi oldu, Aleksandr Storojuk getdi. O ərəfədə bir neçə günlüyə Krasnodara gəlmişdim, Vladimir Leonidoviç ("Krasnodar"ın baş direktoru nəzərdə tutulur - red.) bu haqda öyrənmişdi və məni görüşə çağırdı. "Biz sənin namizədliyini nəzərdən keçirə bilərik?" Belə bir sual verdi. Bilmirəm, məni seçərdilər ya yox, amma dedim ki, "Sabah"dan gedə, rəhbərliyi yarıyolda qoya bilmərəm".
M.Musayev "Sabah"dan ayrılmasının əsl səbəbini açıqlayıb: "Sabah" Azərbaycan çempionatında ikinci yeri tutdu, avrokuboklara vəsiqə qazandı. Həmin mövsümdən sonra qəlbimin dərinliyində anladım ki, gec-tez evə qayıtmalı və indiyədək bacarmadığımı həyata keçirməli - Rusiya Premyer Liqasının qalibi olmalıyam. Başa düşürdüm ki, məşqçi kimi böyümüşəm, özünəinam hissim artıb. Bir az əvvəl "Sabah"dakı periodla fəxr etdyimi söylədim. Ancaq orada sonluq alınmadı. İndi anlayıram ki, "Krasnodar"a qayıtmaqla düzgün qərar vermişəm. Məşqdən sonra maşınla oğlumun hazırlığına gedib onu götürmək böyük xoşbəxtlikdir. Ailəmlə parkda gəzə, dostlarımla görüşə bilirəm. Bu mənim evimdir".
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ