Onlayn ictimai-siyasi qəzet
Türkiyə təhlükəsizlik qüvvələri Azərbaycan da daxil olmaqla 18 ölkənin tələbi ilə İnterpol xətti ilə “qırmızı bülleten”lə axtarışda olan 56 şübhəlini saxlayıb.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikayanın sözlərinə görə, şübhəlilər Türkiyənin 11 vilayətində - İstanbul, Antalya, Sakarya, Bolu, Çanaqqala, Eskişehir, İzmir, Manisa, Muğla, Şanlıurfa və Yalovada yaxalanıblar.
Saxlanılan şəxslər mütəşəkkil cinayətkar qruplaşmalarda iştirakda, narkotik vasitələrin qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, basqın, soyğunçuluq, dələduzluq və digər cinayət əməllərində iştirak etdiklərinə görə İnterpol tərəfindən axtarışda olublar. Onlar18 ölkənin səlahiyyətli orqanlarının sorğusu ilə axtarılırdı.
“Sorğu ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya kimi ölkələrdən gəlib”, - deyə Əli Yerlikaya bildirib. .
Saxlanılan şəxslər ərazi polis bölmələrinə aparılıb, zəruri prosessual hərəkətlər aparılır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ