İnsanlara hürriyət, millətlərə istiqlal!

18 il əvvəl ərini öldürən qadın saxta vəsiqə ilə TUTULDU

18 il əvvəl Türkiyənin Kırıkkale vilayətində əri Özgür Sunquru güllələyərək qətlə yetirən və cəsədini 9 ay boyunca evdə vannada saxlayan 51 yaşlı Fatma Sunqur Konyada saxta şəxsiyyət vəsiqəsi ilə tutulub.

Musavat.com xəbər verir ki, Konyanın Meram rayon Polis Şöbəsinin Cinayətlərin Qarşısının alınması və İstintaq Bürosu əməkdaşları Dərə məhəlləsində bir qadını şübhəli bilinərək saxlayıb.

Polis qadının təqdim etdiyi köhnə tipli vəsiqənin saxta olduğunu müəyyən edərək barmaq izlərini yoxlayıb. Aparılan araşdırmalar nəticəsində qadının 2007-ci ilin iyununda Kırıkkaledəki evində əri Özgür Sunquru güllələdiyi və cəsədini plastik torbaya bükərək vannada 9 ay saxladığı aşkar edilib.

Fatma Sunqur o zaman “yaxın qohumunu qəsdən öldürmək” ittihamı ilə həbs edilmişdi. Daha sonra o, Dənizli Çardak Açıq Həbsxanasından qaçmış və hazırda da axtarışda idi. Qadının ümumilikdə 18 il 8 ay 15 gün həbs cəzası olduğu bildirilib.

Fatma Sunqur polis bölməsindəki prosesdən sonra ədliyyəyə təhvil veriləcək.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR