İnsanlara hürriyət, millətlərə istiqlal!

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb. 

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Jeju Air" aviaşirkətinə məxsus sözügedən təyyarənin qəzaya uğramasından sonra səhlənkarlığın insan tələfatına səbəb olması şübhəsi ilə cinayət işi başladılıb. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları dispetçerlərlə təyyarənin pilotları arasında baş tutan söhbətin sənədlərini və buna dair materialları axtarır. 

Bununla yanaşı, polis "Jeju Air"in baş direktoru Kim İ Benin ölkədən çıxışına qadağa qoyub. 

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada Muan hava limanında Banqkokdan gələn sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində təyyarədə olan ümumi 181 nəfərdən 179-u həlak olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR