Onlayn ictimai-siyasi qəzet
İstanbulda 14 yaşlı oğlan 16 yaşlı dostunu tapança ilə oynayarkən ehtiyatsızlıqdan öldürüb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
16 yaşlı M.C və 14 yaşlı M.B.E. dünən axşam saatlarında dostları ilə Yusuf Səməd T-nin evinə gedib. Tək qalan uşaqlar evdə olan Yusuf Səməd T.-nin qardaşına məxsus lisenziyalı tüfənglə oynamağa başlayıblar.
Bu vaxt M.B.E.-nin əlindəki tüfəngdən atəş açılıb.Güllə M.C-nin başına dəyib. Ağır xəsarət alan uşaq evində yerindəcə keçinib. M.C-nin meyiti müayinələrdən sonra Məhkəmə Tibb İnstitutunun meyitxanasına aparılıb. Nəzarətə alınan M.B.E polis bölməsinə aparılıb.
Polis qrupları hadisə ilə bağlı işlərini davam etdirir.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ