İnsanlara hürriyət, millətlərə istiqlal!

“14 iyun Qayıdış günü kimi təsis edilsin” - Deputatdan TƏKLİF

Milli Məclisin iclasında çıxış edən deputat Elşad Mirbəşir ölkədə Qayıdış gününün təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Musavat.com-un xəbərinə görə, “2016-cı il Aprel döyüşləri nəticəsində ordumuz Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Bununla da əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məskunlaşdırılması imkanı yarandı. 2017-ci il iyun ayının 14-də ölkə Prezidenti bərpadan sonra kəndin açılışını edib. Bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanılıb və qısa zamanda uğurla başa çatdırılıb. Bu, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın başlanğıcı idi” - E.Mirbəşir yaxın tarixin şərəfli səhifələrindən xatırlatmalar edib.

Deputat bildirib ki, bu baxımdan, 14 iyun tarixinin Azərbaycanda Qayıdış günü kimi təsis edilməsi əhəmiyyətli olardı: “Bu əhəmiyyəti bir neçə məqam üzərindən əsaslandırmaq olar: birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olardı. İkincisi, bildiyimiz kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri məhz Böyük qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada, Qayıdış gününün təsis edilməsi sözügedən istiqamətdə işlərin həyata keçiliməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü, ermənilərin işğalçılıq siyasəti haqqında tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Bu gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşüb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR