İnsanlara hürriyət, millətlərə istiqlal!

12-13 sentyabrla bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Kosmik hava durumuna görə Günəşdə fəallıq orta səviyyədə olub.

Bu barədə Musavat.com-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Geomaqnit sahəsi 5 sentyabrda Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib.

Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR