İnsanlara hürriyət, millətlərə istiqlal!

100-dən çox qəlpə yarası alan Xalq artisti: "Üzümə 27 tikiş vurulub" - VİDEO

Xalq artisti Şükufə Musayeva 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından danışıb.

Aktrisa "Xəbərin olsun" verilişinə açıqlamasında Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə ağır yaralandığını və çoxsaylı qəlpə yarası aldığını bildirib:

"Çox şükür ki, bu günlərdə Sərsəng su anbarı ordumuzun nəzarətinə keçdi. Çox sevinirəm. Mən 1993-cü ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə iştirak etmişəm. Orada ağır döyüşlər gedirdi. Ölən və yaralananlarımız çox idi. Onları qaldıqları yerdən çıxaranda mən də ağır yaralandım. Mənə dedilər ki getmə, amma mən kənardan dayanıb baxa bilməzdim. Sevdiyim səhnəni atdım və döyüşə getdim. Vətənə canım da fəda...

Döyüşlər vaxtı 100-dən çox qəlpə yarası almışdım. Sadəcə üzümə 27 tikiş vurulub. Gözümün ağında belə qəlpə var".

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR