Onlayn ictimai-siyasi qəzet
İsrailin Qəzzanın şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər, o cümlədən uşaqlar həlak olub.
Musavat.com xəbər verir ki, “Al Jazeera”nin məlumatına görə, zərbələr Cəbəliyada yerləşən qızlar məktəbini hədəf alıb.
Son sutkada Qəzzaya hücumlarda ümumilikdə 40 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Oktyabr 2023-dən bəri bölgədə 52 829 fələstinli ölüb, 119 554 nəfər yaralanıb.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ