Avqustun 3-də Laçında minaya düşən şəxs vəfat edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Vağazin kəndinin sakini, “Riyaziyyat” müəllimi Əli Süleymanov tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Bildirilir ki, hadisə Laçın rayonunun Kalafalıq kəndində baş verib. Süleymanov Əli Zeynalabdin oğlu kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.
ŞƏRHLƏRŞƏRH YAZ