Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın fevralın 24-də Fransa lideri Emmanuel Makronu Ağ Evdə hörmətsiz qarşılaması təzədən gündəmə çevrilib. Çünki ondan cəmi bir neçə gün sonra – fevralın 27-də Amerikaya gələn Britaniya baş naziri Keyr Starmeri o, Ağ Evin girişində şəxsən qarşılayıb, baş nazirə xüsusi iltifat və lütfkarlıq göstərib. Makronu isə Ağ Evin mətbuat katibi qarşılamışdı.
Tramp daha isti münasibəti fevralın 5-də Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahuya münasibətdə sərgiləmişdi. Netanyahu ilə də Tramp öz iqamətgahı önündə görüşmüş, otağında hətta onun əyləşdiyi stulu şəxsən özü çəkmişdi. Amma Makronu stolun küncündə otuzdurmuşdu.
Bəllidir ki, Emmanuel Makron “böyük bacı” Fransanın başçısı kimi Avropada nəinki Ermənistanın, eləcə də erməni lobbisinin, ümumən ermənilərin ən mühüm adamı, ən sadiq dostu və ən etibarlı dayağı sayılır. Yəni Makronun aşağılanması yüzdə yüz hayları da üzüb...
Amerikada, Tamp komandasında isə ermənilərin ən çox arxalandığı, ümid bəslədiyi əsas üç fiqur var. Bunlar - vəzifəyə təyin olunanadək anti-Türk, anti-Azərbaycan mövqeyi ilə tanınmış dövlət katibi Marko Rubio, Milli Təhlükəsizlik Agentliyinin direktoru Tulsi Qabbard və səhiyyə naziri, keçmiş prezidentliyə namizəd Robert Kennedidir.
Erməni lobbisi, radikal-revanşistlər müstəsna olaraq onlara güvənir, “Qarabağa qayıdış” məsələsini onların vasitəsilə Trampın gündəliyinə soxuşdurmağa çalışırlar. Daşnakların ötən gün İrəvanda keçirilmiş qurultayında bu barədə açıq bəyan edilib. Məsələn, “Daşnaksütyun” nümayəndəsi Akop Ter-Xaçatryan deyib ki, partiyanın xarici strukturları “ermənilərin Qarabağa qayıtmasına nail olmaq, onlara beynəlxalq təhlükəsizlik təminatları və aralıq statusu vermək” yönündə lobbiçilik edir.
“İndi təfərrüata varmağın mənası yoxdur, çünki biz hələ ilkin mərhələdəyik. Lakin ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdə artıq yüksək səviyyədə məsləhətləşmələr aparılır. Fransada birbaşa prezident sarayı ilə, ABŞ-da isə yeni administrasiya ilə iş aparılır”, - Xaçatryan bildirib (Diqqət edin, Rusiyanın da adı çəkilib)...
Ancaq maraqlıdır ki, Donald Trampa kifayət qədər yaxın olan hər üç şəxs onu Makrona Ağ Evdə gərəkən sayğını göstərməyin vacibliyinə inandırmayıb. Yaxud buna cəhd edilibsə belə, nəticəsiz qalıb. Deməli, son söz həmişə Trampa məxsus olacaq.
ABŞ-ın yeni rəhbəri isə böyük ehtimalla Güney Qafqazla bağlı da praqmatik siyasəti tərcih edəcək. Bölgədə daim fitnə-fəsad, müharibə mənbəyi olan, ciddi mineral ehtiyatlardan və dünya okeanına çıxışdan məhrum, üstəgəl, Amerikanın düşməni İranla yaxın dost olan və Rusiyanın orbitindən uzaqlaşmayan “dalan” Ermənistana deyil, regionun açar və vazkeçilməz ölkəsi, Trampın simpatiya bəslədiyi İsraillin dost-müttəfiqi, mühüm təbii sərvətlərə və dənizlərə çıxışa malik Azərbaycana üstünlük verəcək.
Yeri gəlmişkən, artıq bu barədə ABŞ-ın xarici siyasətinə təsir edən aparıcı “beyin mərkəzləri” - STRATFOR və “Atlantik Şura” analitikləri hazırladıqları hesabatlarda xüsusi qeyd ediblər. Təsadüfi deyil ki, keçən ay Birləşmiş Ştatlara səfər edən Nikol Paşinyanı Tramp bir yana, heç dövlət katibi Marko Rubionun da qəbula layiq görülməmişdi...
Əlbəttə, bu, əsla o anlama gəlmir ki, rəsmi İrəvan, erməni lobbisi, - hansı ki, son prezident seçkisində Trampı dəstəkləyən heç bir bəyanat verməyib, - ondan əl çəkəcək. Ancaq ümid edirik ki, sırtıq və saxtakar hayların bütün kinli, kirli və məkrli anti-Azərbaycan, anti-Türkiyə planları, təxribatçı gedişləri həm də yəhudi lobbisinin dəstəyi ilə hər dəfə daşa dəyəcək. Çünki haqq nazilər, üzülməz, istənilən düz əyrini kəsər...
24 Mart 2025
17 Mart 2025
14 Mart 2025
12 Mart 2025
07 Mart 2025
05 Mart 2025
28 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
04 Fevral 2025
01 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
22 Yanvar 2025
20 Yanvar 2025
17 Yanvar 2025
13 Yanvar 2025
10 Yanvar 2025
06 Yanvar 2025
04 Yanvar 2025
30 Dekabr 2024
27 Dekabr 2024
23 Dekabr 2024
16 Dekabr 2024
11 Dekabr 2024
09 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ