İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeytanın dükanı

Bank, loru dildə yazsaq, pul alıb-satmaq dükanıdır. Camaatdan pulu götürüb saxlayırsan, sonra elə o camaata verirsən. Arada müəyyən faiz də sənə qalır. Son illər bizim bank sektorunun durumu isə heç yaxşı deyil, günaşırı hansısa pul dükanı bağlanır. “Günaybank”ın kassalarında siçanlar toy mərasimini başa çatdırmağa imkan tapmamışdılar ki, “Muğanbank” da ömrünü iqtisadi inkişafımıza bağışlayıb rəhmətə getdi. Mərkəzi Bankın, yoxsa Allahın rəhmətinə - bunu gələcək göstərəcəkdir. Əmanətçilərin pullarını almaq imkanı baxımından.

“Muğanbank”ın bağlanmasını gözləyən yox imiş. Pullar cağbacağ, əmanətçilər yerində, debit-kredit, nə bilim, daha nələr... Hətta deyir təzəlikcə pul idarəmizin şefi intervüsündə bank sektorunda vəziyyətin əla olduğunu, hər hansı bankı bağlanmaq təhlükəsi gözləmədiyini açıqlayıbmış. Bəs nə oldu? Heç kimə məlum deyil.

İqtisadiyyatımızda, vergi, pul, maliyyə, büdcə sferalarında şəffaflıq yoxdur. Daha dəqiqi, şəffaflıq var, ancaq xalqın pul kisəsinin şəffaflığıdır - bu üzündən baxırsan, o üzü görünür. İçində hər hansı “su nişanları” yoxdur. Guya korrupsiya ilə mübarizə gedir, hərdən hansısa icra başçısını da tuturlar, lakin yenə korrupsiya indeksində dünyada axırıncı yerlərdəyik.

“Muğanbank”la bağlı daha bir tragikomik məqam isə budur ki, şaiyəyə görə əslində bankın yiyələri camaatı, dövləti aldadırmış, maliyyə durumları heç də yaxşı deyilmiş. Çünki bankın pullarını şəxsi firmalarını fırlatmaq üçün istifadə edirmişlər. Əslində bunun adı bankdan pul oğurlamaqdır, sadəcə, guya mədəni yolla. Biri var başına corab keçirdib, tüfəng alıb kassaya basqın yapasan, biri də var bank qayırasan, rəhbərliyinə keçəsən, sonra camaatdan, idarələrdən, hökumətdən və sairədən pul yığasan.

Depozit faizlərini sıfıra yaxın, kredit faizlərini 18, 20, 30 faiz qoymaq da bu soyğunçuluğunun formalarıdır. Maşallah, bizdə bank sektoru pul, investisiya, büdcə ilə olmasa da fırıldaqla zəngindir.

Tanış gəlirmi? Bizdə indiyəcən neçə belə bank bağlanıb, kullən-kuf olub. Əmanətləri, xalqın pullarını əkişdirib aradan “cırıblar” - Hafiz müəllim demişkən. Tutulanlar da olub, məsələn, “Beynəlxalq Bank”ın keçmiş müdiri kimi.

Ancaq narahatlığa əsas yoxdur, uca millətimiz çox belə bankları bağlamışdır. Axıra biri qalar, o da bəsimizdir. Köhnə vaxtlardakı kimi. Necə deyərlər, pul əl çirkidir. Kasıb mərd olar. Varlıların çoxu şəkər xəstəsidir. Belə müdrik el deyimlərimiz çoxdur.

Şeyx Tusi-nin “Əmali” kitabında Yəhya peyğəmbərdən belə bir hədis nəql edilir. Bir gün İblis Yəhya peyğəmbərin yanına gəlir. Peyğəmbər soruşur ki, mənə qalib gəlmisənmi, İblis deyir, yox, ancaq səndəki bir xasiyyəti çox bəyənirəm. Yəhya soruşur hansı xasiyyətimi, Şeytan deyir: “Doyunca yemək yeyirsən, bu da sənin bəzi namazlarına, gecə ibadətlərinə mane olur. Mən də buna sevinirəm”. Yəhya bu sözü eşidəndən sonra dedi: “Mən bu saatdan Allahla əhd bağlayıram ki, onunla görüşənə qədər doyunca yemək yeməyim”.  Şeytan da dedi: “Mən də Allahla əhd bağlayıram ki, onunla görüşənədək heç bir müsəlmana nəsihət etməyəcəyəm”.

Şeytan bunu deyib getdi və ondan sonra daha Yəhyanın yanına gəlmədi.

Sözgəlişi, sələmçilik, bank sektoru, faizlər günahdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025