Onlayn ictimai-siyasi qəzet
Tarixi torpaqlarımızda heç nədən ermənilərə saxta dövlət qurub yerli aborigen xalqların başına bəla açan dövlətin adı məlum - Rusiya. Rus olmasaydı, sözsüz ki, ərazicə Tatarıstandan (68 min kv km), hətta Dağıstandan (50,3 min kv km) da kiçik Ermənistan (29.7) heç SSRİ-nin 15 müttəfiq respublikasından biri olmayacaqdı.
Ancaq haqqı çatmasa da, rusun lütfkarlığı hesabına “15-lər”dən biri oldu. Nə məqsədlə? O da bəlli. Gerçək bu ki, imperiya üzü 1-ci Pyotrdan bəri ermənilərdən “Parçala, hökm sür” siyasəti naminə maşa kimi istifadə edib. Amma maşa olmaq istəyən yoxsa, maşa da olmayacaq. Yəni əl-əli yuyar prinsipi...
Orta nəsil xatırlayar, sovet dönəmində Ermənistan SSR mərkəzin dotasiyası hesabına yaşayan yeganə respublika idi. Qırmızı imperiya dağılandan sonra da Moskva parazit Ermənistanın nazını çəkməyə davam edib. Öz “kölgəsini” onun üstündən əsirgəməyib.
Misal üçün, guya 33 ildir müstəqil dövlət olsa da, Ermənistanın Türkiyə və İranla sərhədlərini indiyədək İvan qoruyur. Moskva təbii qazı bu cırtdan ölkəyə öz daxili qiymətinə, həddən ziyadə ucuz satır. On minlərlə miqrant erməni illərdir Rusiyada ailəsinə çörək qazanır, Rusiya Ermənistan malları üçün ən ucuz və əlverişli bazardır və s. və i. a...
Rusun erməniyə yaxşılığı saymaqla bitməz. Gəl ki, çörəyi dizi üstündə olan nankor məxluqat elə hey narazıdır, rusdan giley edir, onun arxasınca danışır. Xüsusən də 2-ci Qarabağ müharibəsindən sonra. Bu da növbəti “timsah göz yaşı”.
“Rusiya Ermənistana və erməni xalqına “atıb”. Mən açıq deyirəm, bizi aldatdılar, tərk etdilər. Ermənistan həmişə özünü sadiq tərəfdaş kimi (?! - Z.S.) göstərib, Rusiyanın heç vaxt onu tək qoymayacağına inanıb və ümid edib”.
Sitat Ermənistan parlamentinin sədri Alen Simonyana məxsusdur.
Spikerin iddiasına görə, guya Moskva həm də Ukraynada müharibəyə hazırlaşdığı üçün Türkiyə amilini nəzərə alaraq, 44 günlük savaşda Ermənistanı yalqız buraxıb...
Kreml əleyhinə bu qəbil giley-güzar 4 ildir bitmir. Nə qədər ki, Rusiya Azərbaycan torpaqlarının 20%-nin işğalda saxlamasında haylara dəstək idi, onda yaxşı dost- müttəfiq idi, elə ki, Azərbaycan mənasız danışıqlardan və “göylə gedən” erməninin maksimalist, aşağılayıcı şərtlərindən bezib təcavüzkarın başını əzdi, öz ərazi bütövlüyünü bərpa elədi, Moskva oldu hayların 1 nömrəli düşməni.
Bəs deyirdiniz “məğlubedilməz ordu” qurmuşuq. Cəmi 44 günlük “canı” varmış ki! 11 min fərari hardan çıxdı?..
Savaşda haqq edilən ağır kapitulyasiyanı kiminsə boynuna atmaq lazımdır, ya yox? Axı bunlar özlərini az qala, “məğlubedilməz ali irq”in mənsubları sayır, bütün bəşəriyyəti özlərinə borclu hesab edirlər!
“Qafqaz qaraçıları” belə naşükür tayfadır. Onlara yüz yaxşılığın keçsin, bircə dəfə eləməsən, artıq düşmənsən, əvvəlki yaxşılıqların da o saat sıfırlanar. Minnətdarlıq nədir bilməzlər. Erməni nankorluğu və etibarsızlığının anatomiyası bu...
Əbləhliyə bax, tarix boyu rusun haylara yaxşılıqdan, öz qucağında isitməkdən savayı pisliyi keçməyib. 44 günlük müharibədə Moskva ərazi bütövlüyünü rəsmən tanıdığı Azərbaycana müharibə elan etməli, işğal olunmuş torpaqlarımızda ikinci “erməni dövləti”mi qurmalı idi? Yaxud KTMT eyni yanlışı necə edə bilərdi, bilə-bilə ki, Qarabağ onun məsuliyyət zonasına daxil deyil, çünki Azərbaycan bu blokun üzvü deyil(di).
Azərbaycan Ermənistanın bir qarış ərazisini tutmamışdıqsa, beynəlxalq hüququn verdiyi hansı əsasla KTMT, Rusiya bizə güc tətbiq eləməli idi? Bəlkə “Dağlıq Qarabağı” Ermənistana “birləşdirən” indiki Ermənistan konstitusiyası əsasında?
“Yalançının yaddaşı olmaz”. Keçmiş DQMV-nin Ermənistana birləşmə qərarı Ermənistan hələ SSRİ tərkibində olanda (1988) SSRİ Ali Sovetinin Rəyasət Heyəti qanunsuz elan edərək ləğv eləmişdi – SSRİ Konstitusiyasının 78-ci bəndinə əsasən. Orada deyilirdi: “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.
Yerdə nə qaldı? Yenə “timsah göz yaşları”...
“İrəvan Rusiyanı və KTMT-ni əbəs yerə tənqid edir. Mən burda Qərbin Ermənistana ünvanlı təxribatçı siyasətinin nəticəsini görürəm. Rusiya Ermənistan üçün ən böyük investordur, Rusiya kapitallı müəssisələr isə respublika büdcəsinin əsas vergi ödəyiciləridir. Bu gün Ermənistanda ÜDM-in artımı ən çox Avrasiya İqtisadi Birliyi məkanında sıx iqtisadi əlaqələrlə bağlıdır. Heç bir Qərb ölkəsi və yaxud bütövlükdə Qərb Ermənistan üçün Rusiyanı əvəzləyə bilməz”.
Bunu isə iki gün öncə Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.
Adam aşağı-yuxarı olanı söyləyir. Ancaq başqa bir reallıq odur ki, İrəvan Moskvadan iqtisadi, siyasi və hətta hərbi asılılığını yalnız Bakı və Ankara ilə normal münasibətlər qurmaqla azaldıb minimuma endirə, məhz bu yolla müstəqil və suveren ölkəyə çevrilə bilər. Kiminsə vassalı və marioneti olmaqdan qurtular. Yol bəlli – sülh müqavilələri.
Erməni cəmiyyəti və onun hakimiyyət daxil, siyasi kəsimi buna hazırmı, istəyirmi? Sual budur. İstəmirsə, Türkə heyvani nifrətin əsiri kimi qalmağa üstünlük verirsə, demək, bölgədə fitnə-fəsad yuvası kimi qalmaqda israrlıdırlar və düşdükləri rəzil duruma layiqdirlər...
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ