Onlayn ictimai-siyasi qəzet
Bürclərin sayı artıb, 13 olmuşdur. Ona görə də jurnalist Hafiz Babalını tutmaq lazım gəldi. Çünki heç bir bürcə uyğun gəlmirdi. İndən belə vətəndaşlarımız arasında bürcü sürüşənlər çox olacaq, təklif edirəm boxçalarını yığıb, kandarda əyləşsinlər, əlaqədar orqanları gözləsinlər.
13-cü bürc məsələsinə görkəmli astroloqlarımızdan münasibət öyrənmişdilər, onlar qətiyyətlə bunu təkzib etdilər, yalana çıxartdılar. Əlbəttə, köhnə bazara təzə nırx qoyulmasını heç kəs istəmir. (Əgər “nırx” sözünün mənasını bilmək istəyirsinizsə, bu, hər hansı məhsula dövlətin qoyduğu qiymətdir. Məsələn, dövlət çörəyə 60 qəpik, benzinə 1 manat qiymət qoyubsa, ondan baha sata bilməzsən. Arxaik sözdür, indi yaddan çıxıbdır). Təsəvvür elə, ömrün boyu xalqı 12 bürclə idarə edirsən, birdən kimsə çıxır deyir 13-cü də var. Sabitliyi pozmaq cəhdidir.
Hər şey olduğu kimi qalmalıdır. Odur, ruslar 23 ildir Putini seçirlər, doymurlar. Dəyişiklik İsveçrə kimi inkişafdan qalmış rejimlərə lazımdır - prezidenti 1 illiyə seçirlər. Ərinmədim, saydım: Putinin ruslara başçı olduğu müddətdə isveçrəlilər 24 dəfə prezident seçiblər. İnsafən, onlardan bir-iki nəfər 2 dəfə prezident olmağı bacarmışdır. Məsələn, hazırkı prezident Alen Berse 2018-ci ildə də prezident olmuşdur. Elə bil oyun oynayırlar. Mən bir daha İsveçrə şokoladı yeməyəcəyəm! 23 ilə 24 prezident dəyişən xalqın saatları da, şübhəsiz, qeyri-dəqiq olmalıdır.
Yeri gəlmişkən, bizim klassik filmlərdən birində “Fransız xalqı kef eləyir. Baden-Badenin mavi gecələri. Şəhərin adı Cenevrə” ifadələri keçir, bu isə gənc nəsildə coğrafiya elmi baxımından yanlış təsəvvürlər yaradır. Baden-Baden Almaniyada şəhərdir, Cenevrə İsveçrənin obasıdır, fransız xalqı da ermənipərəstdir. Biz gərək bunları bir-birindən ayıraq.
Qayıdaq bürclər temasına. Görkəmli astroloqlarımızdan biri 13-cü bürcün yalan olduğunu belə əsaslandırmışdır: “Əgər bu düz olsaydı, astrofiziklər münasibət bildirərdi”. Əlbəttə. NASA-da bürclər üzrə alimlər çalışır axı. Əvvəlki 12 bürcün insanlara təsiri üzrə çoxlu elmi araşdırmalar aparıblar, qalıb 13-cü. Cin elmi kimi bir şeydir, bunu hər adam bilməz. Cinlər görünməz varlıqlardır, daim bizi izləyirlər. Qardaş Türkiyədə bu sahə üzrə güclü alimlər yetişibdir.
Məsələn, deyir müsəlman hamama girən kimi, o pusqudakı cinlərlə şeytanlar müsəlmana baxmağa başlayırlar. Müsəlman kişi, yaxud qadın hamamda çiməndə diz qapaqları ilə göbəyi arasındakı yerləri mütləq örtməlidir. Çılpaq, lüt çimənləri cinlər görür və bu adamlar cinlərin felinə uyurlar. Hədisdə də deyilib: “Kim gecə çılpaq yuyunarsa, sonra özündə dəlilik əlaməti görərsə, özündən savayı kimsəni qınamasın!” Əlhəmdülillah.
Bu mənada, dövlətimizin təzəlikcə ilahiyyat kollecləri yaratması olduqca alqışa layiqdir. Sonra bəzi cahillər iddia edir ki, guya bizdə din dövlətdən ayrıdır, qətiyyən bir-birinin işinə qarışmır. Halbuki ölünü özbaşına qoysan, kəfəni batırar. Dövlətin gözəgörünməz aləmlə əlaqələri vacibdir. Çox adam bilmir, savaşda bizə nə qədər cinlər köməkçi olmuşdur. Antimonopoliya işlərində də şeytanlar çalışır.
Dini kolleclərin dərhal ardınca müdafiə məqsədli kolleclərin də yaradılması ruhani aləmlə patriotizmin eyni müstəvidə qorunduğunun əlamətidir. Eyni zamanda ortaya sual çıxır: niyə bizdə qoroskop kollecləri yaradılmır? Axı Qoçla Buğanın münasibətləri, Aslanın pəncəsi Oğlağı yaralayanda Xərçəng nə etməlidir, Oxatanı gələn il nə gözləyir kimi dövlətçilik əhəmiyyətli sualların elmini haradasa tədris etmək lazımdır.
İlahiyyat kolleci varsa, qoroskop universiteti də olmalıdır.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ