İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoç bürcü üçün konqres

Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir, bir zəhmətkeş, vətəndaş olaraq bunu alqışlayırıq.

İnsafən son illərdə kosmosun fəthi istiqamətində hökumətimiz xeyli işlər görmüşdür. Göydə bəzi peyklərimiz var (biri, deyəsən, əlaqəni kəsib başqa kainata uçdu, ona görə “bəzi” yazıram - təəssüf ki, xalqımız öz peyklərinin taleyinə biganədir, bu haqda az sonra), kosmosa aid dövlət idarəsi yaradılmışdır, haradasa Qobustan tərəfdə göyə tamaşa edirlər.

Şamaxı rəsədxanası vaxtlı-vaxtında orucluğun, pasxanın, buddizm, induizm, iudaizm və sairə çoxsaylı, tolerant konfessiyalarımızın əziz bayram günlərinin vaxtını yüksək dəqiqliklə xalqa çatdırır. Hətta məndə olan məlumata gör,ə ölkəmizə yazın, payızın, qışın və başqa fəsillərin girib-girməməsi də məhz Şamaxı rəsədxanasının hesablamalarından asılıdır.

Ancaq düşünürəm ki, xalqın ümumi səviyyəsi, kosmosun ənginliklərinə və zənginliklərinə marağı o qədər də qənaətbəxş deyildir, hökumətin maraqları ilə müqayisədə çox zəifdir.

Məsələn, mənim yaxşı yadımdadır, ötən əsrin 1980-ci illərində - orta məktəbdə oxuduğum dövrdə bir dəfə sinfimizin şagirdləri arasında sosioloji sorğu keçirildi, gələcəkdə hansı peşənin seçəcəyimizi soruşdular. Uşaqların çoxu kimi mən də kosmonavt, indiki dildə desək, astronavt olmaq arzumuzu bəyan etdik. Dövlət bu cür arzuları nəzərə alaraq həmin dövrdə Azərbaycanda Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi açmışdı, müdiri də rəhmətlik, 20 noyabr Qarakənd helikopter terrorunda ermənilərin qətlə yetirdiyi Tofiq İsmayılov idi. Bəs indi? Gəlin məktəblərdə sorğu keçirək, əgər hər sinifdəki 40 şagirdin 30-u polis, prokuror, 3-ü şpion, 5-i biznesmen, 4-ü tiktoker, 6-sı yutuber, 7-si instaqramer olmasa, adımı dəyişərəm. Bircə nəfər də kosmonavt olmaq, kəhkəşanlara uçmaq istəyən şagird tapmayacağıq.

Niyə biz beləyik? Adam xəcalət çəkir. Bəlkə də siz bu yazını oxuyanda mən utandığımdan ölmüş olacağam.

Həmçinin məktəblərimizdə astronomiyanın, fizikanın tədrisi də müsbət vəziyyətdə deyildir. Uşaqlar qarnını fikirləşir, müəllim(ə)lər də qarşıdan gələn bayramları. Heç başını qaldırıb göy üzünə, kometə, meteora, asteroidə, planetlərə və ulduzlara, qara dəliklərə və dumanlıqlara, nebulalara və cırtdan ulduzlara, canım sənə desin, qravitasiya dalğalarına və Hiqqs bozonuna baxan yoxdur. Halbuki şair demişkən, göy üzü daş saxlamaz, ehtiyatlı olmasan daş adamın başına düşər, qanqaraçılıq olar.

Xalqımızın, medianın, jurnalistikanın kosmonavtika, astronavtika biliklərinin gülünc olduğunu ən isti, təzə faktla hörmətli oxuculara çatdırmaq istəyərdim. Dünən o cür möhtəşəm, möhtərəm kosmik tədbir haqda xəbərlərin böyründə bizim media aləmi hansı biabırçı “informasiyanı” yerləşdirsə yaxşıdır? Buyurun: “Bu gecə dünyanın bəzi ölkələrində qeyri-adi astronomik hadisəni müşahidə etmək mümkün olacaq. Belə ki, Yupiter və Ayın birləşməsi adi gözlə görünəcək. Məlumata görə, hər iki obyekt Qoç bürcündə olacaq. Yerin 90% işıqlandırılan təbii peyki axşam saatlarından başlayaraq nəhəng planetə yaxınlaşacaq. (Oxu.az) Sitatın sonu.

Görəsən, bu cür şeyləri yazan adamlar Yupiterlə Ayın arasında neçə yüz milyon kilometr məsafə olduğunu öyrənə bilməzmi? Qoç bürcü nədir, 90 faiz işıqlanma nə deməkdir, Ay Yupiterə kəllə vursa, gələn ramazanda biz bayramın vaxtını Yupiterin peyklərinin çıxmağıylamı öyrənəcəyik? Bunlar hamısı məkruh xəbərlərdir.

Hökumət əlləşir, vuruşur, bunlardan ötrü konqres düzəldir, alimlər gətirir, yenə Qoç bürcündən dəm vururlar.

Nə etməli, heç olmazsa ümid edək Ay Yupiterlə birləşəndə Qoç bürcündən olanlar naharda antrikot yeyəcəklər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025