İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbilə dövlətində yenə çempionat? – Ermənistanın harasına yaraşır...

Azərbaycan və Türkiyənin sambo üzrə milli yığmaları noyabrın 10-12-də İrəvanda keçiriləcək dünya çempionatına qatılmayacaq. Artıq qərar verilib. Düz də edilib. Hələ də sivil dünya ailəsinin, idman ictimaiyyətinin layiqli üzvü ola bilməyən bir ölkəyə, yarışların açılış mərasimindəcə qonaq dövlətin – Azərbaycanın bayrağı yandırılan qəbilə dövlətinə beynəlxalq yarışa getməyə dəyməz!

Məsələ həm də ondadır ki, DÇ-nin açılışı olacaq 10 noyabr Zəfər Gününə görə Xankəndində düzənləcəcək hərbi yürüşdən cəmi iki gün sonraya təsadüf edəcək. Təsəvvür edin, İrəvanda, idman zalında o vaxt - noyabrın 10-da anti-Türk isteriyası hansı həddə olacaq. Bayraq yandırar, hələ o tərəfə də keçər bu anormal tayfa...

Ümumiyyətlə, öz qonşuları ilə dinc-birgə yaşayışın elementar normalarını hələ də qavraya bilməyən, az qala bütün qapıbir qonşulara ərazi iddiası ilə yaşayan, bunu hətta konstitusiyasında təsbit edib beynəlxalq hüquqa meydan oxuyan bir terrorçu ölkəyə hansı haqla dünya çempionatları təşkil eləmək şansı tanınır? Diqqət edin, Ukraynaya təcavüzə görə Rusiya bütün mötəbər yarışlardan kənarlaşdırıldı, belə yarışların onun ərazisində keçirilməsi yasaqlandı.

Doğru və məntiqli. O zaman yenə sual: Ermənistanın Rusiyadan nəyi əskikdir? Deyilə bilər ki, o, artıq işğalçı ölkə deyil, sayılmır. Sayılmır. Ancaq əvvəla, o, Azərbaycan torpaqlarından öz xoşu iləmi çıxıb?

İkincisi, Ermənistanın konstitusiyası necə olsun bəs? Belə çıxır, bu ölkə fürsət gözləyir ki, toparlanıb təzədən öz qonşusuna hücum eləsin. Əgər belə niyyəti yoxsa, nədən ermənilər öz konstitusiyalarını üzv olduqları BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq istəmirlər, üç ildir Azərbaycanla sülh müqaviləsindən qaçırlar?

Nəhayət, daha bir kontr-arqument: bu ilin aprelində İrəvanda ağır atletika üzrə Avropa Çempionatının açılışında dünyanın və Nikol Paşinaynın gözü önündə bayrağımıza od vuruldu. Amma Azərbaycan həmin şərəfsizə qarşı cinayət işi açıb axtarışa versə də, Ermənistanda ona “gözün üstdə qaşın var” deyən belə tapılmadı. Əksinə, erməni toplumu 1-2 nəfər istisna olmaqla onu “qəhrəman”a çevirdi.

Kim zəmanət verə bilər ki, eyni vandalizm və vəhşilik aktı təkrarlanmayacaq – üstəlik, bu dəfə həm də Türkiyə bayrağı timsalında?..

Doğrudur, həmin olaydan sonra ağır atletika üzrə Dünya birinciliyi təşkil eləmək hüququ İrəvandan alındı. Amma nə olsun, başqa çempionatlar ki, yenə keçirilir. Bu isə potensial işğalçını dolayasıyla şirnikləndirməkdir. Növbəti “ikili standart” yanaşmasıdır. Lap elə xristian təəssübkeşliyinin başqa bariz təzahürüdür.

NEMEZİS.jpeg (340 KB)

Yaxud bu ilin martında İrəvanda Ermənistan-Türkiyə futbol matçının aşılısında qardaş ölkənin himninin fitə basılması və tribunalarda “Nemezis” terrorçu qruplaşmasının adı yazılan plakatın acılaması. Yaxşı, qonaq qəbul eləməyin nə, ona hörmətsizlik göstərməyin nə? Bu nə yırtıcı təfəkkür, nə mədəniyyət, cənab “ən mədəni millət”in nümayəndələri?!

Heç işğal dövründə Azərbaycanda Ermənistan bayrağı yandırılmadı, aşağılanmadı. Mədəniyyət budur. Öyrənin. Çünki Türk çağırdığı qonağı heç vaxt aşağılamır, bayraqla yox, bəd niyyətlə, terrorçu xislətlə mübarizə aparır. Özü də kişi kimi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024