Onlayn ictimai-siyasi qəzet
Ukrayna vətəndaşlarının 58%-i ölkənin qələbəsi üçün illər boyu müqavimət göstərməyə hazırdır. Xarici işlər naziri Dmitri Kuleba deyib ki, bu nəticə son rəy sorğusundan hasil olub.
Rəqəmin mötəbərliyi şübhə doğurmur. Hər necə olmasa, Rusiyadan fərqli olaraq, Ukrayna totalitar və ya avtoritar ölkə deyil. Neçə illərdir kifayət qədər azad, demokratik seçkilərin keçirildiyi, hakimiyyətin seçki yolu ilə dəyişdiyi, ictimai tənqidin və fikrin “yuxarılar” üçün önəm kəsb elədiyi məmləkətdir.
Yəni Putinə 80 faizlik saxta dəstək reytinqi ilə müqayisədə (elə olsaydı Priqojinin qiyamı zamanı yüz minlərlə insan Moskvanın, Rostovun küçələrinə çıxıb “Vaqner”ə etiraz edərdi), 58 rəqəmi Ukrayna toplumunda real ovqatı ifadə edir. Prezident Zelenski də bunu nəzərə almaya bilməz və alır da...
“Xaxollar”ı tanıyanlar bilir, ukraynalılar nə qədər sadə görünsələr də, olduqca inadkar, mübariz və tərs millətdir. 2-ci Dünya müharibəsində SSRİ-yə qələbə qazandıran iki titul xalqdan biridir. Bəllidir ki, o zamanı faşistlərə qarşı partizan hərəkatının əsas yükünü məhz ukraynalılar çəkib. Həmin təcrübə it-bata düşməyib və lazım gəlsə, bu dəfə o, yad evlərə soxulmuş ruslara qarşı tətbiq edilə bilər.
Başqa sözlə, özlərindən savayı heç kim Ukrayna xalqını Rusiyaya ərazi güzəştinə məcbur edə bilməyəcək. Bu mümkünsüz. Üstəlik, beynəlxalq hüquq, dünya birliyi Ukraynanın tərəfindədir. Necə ki, Azərbaycan 30 il səbir göstərdi və toparlanıb sonda öz istəyinə çatdı, “xaxolllar”ın dirənişi də enində-sonunda eyni nəticə verəcək.
Əlbəttə, 30 il yox, qat-qat qısa zaman ərzində. Daha bir səbəbə: çünki kollektiv Qərb Ukraynaya gərəkən dəstəyi davam etdirəcək - Rusiyanı getdikcə daha güclü şəkildə sıxma-boğmaya salmaqla paralel. Nədən ki, bu, Avropa və ABŞ üçün hər şeydən öncə təhlükəsizlik və imic məsələsi...
Qərbdə artıq əmindirlər ki, Rusiyaya hər hansı torpaq güzəşti, yaxud Ukraynanın məğlubiyyəti Kremli yüzdə yüz şirnikləndirəcək və sabah oxşar faciələr qitənin başqa coğrafiyasında təkrarlanacaq. Dünən Almaniya kansleri Olof Şolts da dedi ki, Ukraynada müharibə uzana bilər və Qərb bunu mütləq nəzərə alacaq, Kiyevi qalibiyyət üçün və ya uduzmamaq üçün lazım olanlarla təmin edəcək.
Hər şeydən göründüyü kimi, bu, artıq işğalçını tükətmə, taqətdən salma müharibəsidir. Resursları nəzərə alsaq yekunda məğlubun, əldən düşənin kim olacağı məlum. Rusiyanın ordusu və xammal iqtisadiyyatı müttəfiqi varlı Qərb olan Ukraynaya qarşı uzun müddət müharibə aparmaq iqtidarında deyil. Üstəgəl, potensial partizan müharibəsi təhlükəsi.
Yəni “sonuncu ukraynalıya kimi müharibə” söhbəti olmayacaq. Bu cəfəngiyatdır. Həm də o səbəbə ki, mübarizə keyfiyyətlə kəmiyyət, Xeyirlə Şər (motivasiya məsələsi) gedir. Eyni məntiqlə niyə də “sonuncu rusa kimi savaş” olmasın?
Ancaq nə Ukrayna, nə də rus xalqı yer üzündən silinəsi deyil. Əsas olan bu avantüranı, müharibəni başlatmış, iki qohum xalqı boş yerə bir-birinə qırdırmış Şər qüvvəni - Rusiya hakimiyyətini layiqli cəzalandırmaqdır ki, bir də Kremldə kimsə belə şeytani iddialara düşməsin...
Ukraynadakı tükətmə savaşının əlbəttə ki, Rusiyanın üç ildir Qarabağda erməni separatçı-quldurların əli ilə Azərbaycana qarşı apardığı “proksi” savaşa da təsiri olacaq. Müsbət anlamda təbii ki.
Bir şey qalmayıb. Zira, Ukraynada taqəti itən Rusiya sözsüz ki, Qarabağda da heydən düşmüş durumda olacaq. Belə olan təqdirdə separatçı qalıqlarının başını daha rahatlıqla və daha tez əzəcək, axırlarına daha sürətli çıxacağıq. Allah səbirliləri sevər.
Bunu Kiyevin Bakıya “pası” da adlandırmaq olar. Dərd ortaqlarını bir-birindən yaxşı kim anlaya bilər ki?..
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ