Onlayn ictimai-siyasi qəzet
Dövlətin işinə qarışmaq istəmirəm, ancaq mənə elə gəlir biz rusiyalı “sülhməramlıların” Qarabağda həlak olması faktına həddindən artıq diqqət ayırdıq. Ara yerdə öz əsgərlərimizi cəzalandırmalı olduq.
Birincisi, o rus əsgərlərini Qarabağa biz çağırmamışıq ki, məsuliyyəti də daşıyaq? İkincisi, o cür rus əsgərlərindən Ukraynada hər gün yüzlərləsi həlak olur, heç Marqarita Simonyanın-zadın vecinə deyildir. Rus əsgəri bizim torpaqda öləndə isə planetar miqyaslı faciə hay-küyü qopur. Allah rəhmət eləsin, salavat veririk. Başqa nə edək?
Elə Xankəndidən 2-3 zəhmətkeşimizin Yevlağa səfərinə də lazım olduğundan (əslində heç kimə lazım deyil) çox diqqət edildi. Bəyəm nə olub? Hər gün minlərlə azərbaycanlı Salyandan Bakıya, Şəkidən Gəncəyə, Ordubaddan Culfaya və sairə və ilaxır istiqamətlərə yollanır. Biz onları xəbər mövzusu edirik? Etmirik. 2 erməni vətəndaşımız Yevlağa gəlib. Belə xoş gəlməyib heç, cəhənnəmə gəlib, bizə nə? Jurnalistika kitablarında rast gəlinən məşhur təsbit yada düşür: “Əgər it adamı dişləsə xəbər deyil, adam iti dişləsə xəbərdir”.
Hərçənd ekspertlər demiş, “informasiya kirliliyinin” səbəbləri aydındır: təzə gəliş-gedişdir, ona görə diqqət çəkir. İnşallah, axırıncı olsun... Zarafat edirəm, Vəzirov demişkən, lap ermənilər Bakıya qayıtsın, bunun dövlətçiliyimizə hazırda ziyanı yoxdur. Tezliklə Xankəndi sakinlərinin Yevlağa, Yevlax sakinlərinin də Xankəndinə səfərləri adi hal alacaqdır. Fürsətdən istifadə edərək Yevlağın Malbinəsi və Qoyunbinəsi kənd sakinlərinə salam göndərirəm. Çox yaxşı camaatdı, 2003-cü ildə o kəndlərdə olmuşam. Səhv eləmirəmsə, Malbinəsi kəndindəydi, proletariatın dahi rəhbərlərindən Karl Marksın büstü kənd icra hakimiyyətinin qabağında dururdu. Təsəvvür elə, SSRİ-nin dağılmasından 10 ildən çox keçsə də kəndlilər Marksın heykəlini saxlamışdılar. Bəlkə indiyəcən durur, xəbərim yoxdur.
Sözü ona gətirirəm ki, biz tarixi ənənələrə hörmətlə yanaşan camaatıq, dünya erməni təəssübkeşlərinin hay-küy qoparması, Azərbaycana sanksiya tələbləri o üzdən havada qaldı. Örnək üçün, dünən bir erməni saytı kin-küdurət, paxıllıq, yanıqla yazmışdı ki, biz ABŞ-dan Azərbaycana tədbir görməyi umuruq, onlar isə hərbi əməkdaşlıq edir. Bizim Müdafiə Nazirliyindən kiminsə ABŞ-da rəsmi görüşləri haqda xəbərə istinadən yazmışdı. Ancaq haçana qədər dünya belə mənasız ağlaşmaları, “biz qədimik, ilk xristianıq, ay haray, bizi qoruyun, matahıq, gəlin belinizə minək” mövzularını dinləməli idi? Hamı ermənilərdən bezib. İnsanlar, xalqlar yaşamaq istəyir, həyatdan zövq almaq istəyir. Qədimsən, lap qədim peşə yiyəsisən, bizə nə? Camaat gələcəyə baxır, keçmişi arxeoloqların ixtiyarına buraxıblar.
Üstəlik, sosioloji araşdırmalara görə bütün dünyada dinlərə səmimi-qəlbdən inananların sayında azalma varkən (2017-ci ilin rəqəmlərinə görə dünya əhalisinin 35 faizindən çoxu dinsizlər və radikal ateistlərdir), özünü xristianlığı birinci qəbul edənlərdən olmaqla reklam etmək nə işə yarayar? Ağılları səlib yürüşləri zamanında qalıb. Fikirləşirlər deyəcəyik Azərbaycan xristian düşmənidir, Makron dərhal uşaqlardan qoşun yığıb göndərəcək. Ay hay. (Burada “hay” təsadüfən tam yerinə oturur - Z.H.). Ölmüşdü Səlahəddin Əyyubi...
Bəlkə də bu “qədim, yerli, aborigen xalq” söhbətindən Qarabağ ermənilərinə hansısa yanaşmada istifadə edilə bilər. ABŞ-da qızıldərililər üçün rezervasiyalar yaradılıb. Orada hindu xalqlarının müəyyən hüquqları, özəl statusları qorunur. Biz Ağdərədə, Xankəndi yaxınlığında erməni zəhmətkeşlərimiz üçün bu tip hasarlanmış, sərhədləri çəkilmiş yaşayış zonaları yaradaq, orada qədim fəaliyyətlərini davam etdirsinlər. Oxşar rezervasiyalardan tək ABŞ-da deyil, Kosta Rikada da var.
İndi söz əlaqədar təşkilatların... daha dəqiqi, yevlaxlılarındır. Siz də Xankəndinə gedin, xəbər yazaq.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ