İnsanlara hürriyət, millətlərə istiqlal!

Qar adamına qarşı şiddət

“O dağa yağdı qar,

bu dağa yağdı qar,

olmadılar xəbərdar”

(Azərbaycan ata sözü)

Azərbaycan bu il iqlim dəyişikliyi üzrə çox böyük, planetar miqyaslı tədbirə - COP-a yiyəlik edəcəkdir. (Tədbirin tam adı belədir: BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası. Ya bunu düz tərcümə etmirlər, ya da bu adı ilk dəfə BMT-də fikirləşən adam planetlə zarafat eləmək qərarına gəlmişdir. Lakin bugünkü mövzumuz bu deyildir). Sessiya həqiqətən çox nəhəng tədbirdir, birdən-birə Bakıya 100 minə yaxın yüksək səviyyəli qonağın gəlişi gözlənilir. Bunların içində prezidentlər, baş nazirlər-filan olacaqdır. Yəqin ki, Bakının baş planı həm də bu səbəbdən təcili şəkildə təsdiq edildi. Heç birimiz istəmərik Qvatemalanın prezidenti “Memar Əcəmi” metrosunda basabasa düşsün.

Ancaq iqlim tədbirinin ən mühüm hazırlığı hazırda paytaxtımıza qar yağışı ilə əlaqədardır. Çoxdandır Bakıya belə sakit, dinc qar yağışı müşahidə edilmirdi. Rəsmi dildə yazsaq, tərəfimizdən. Bakıya qar adətən necə yağır? Görməmiş kimi. Çovğun qopur, işıqlar keçir, sular donur, nə bilim, sürüşən, yıxılan, xaricə qaçan... İndi isə Bakı damları ucqar dağ kəndlərinin ağ örpəyə bürünən evlərinə bənzəyirdi. Çox romantik qar yağmışdır. Buna görə rəhbərliyə dərin təşəkkürümüzü bildiririk. Əlbəttə, aparılan işlər, siyasi-iqtisadi sabitlik bütün sahələrdə özünü göstərməlidir. 

Buyurun, ateistlər, izah edin. Əsl mistikadır. Deməli iqlim dəyişikliyi işində bizim uğurlarımızı yuxarılarda yüksək qiymətləndirirlər. “Yuxarılar” yazarkən eyni zamanda buludları nəzərdə tuturam. 

Hələ iqlim faktının 15 yanvar – seçkilərdə təşviqatın ilk gününə az qalmış təsadüf etməsi təsadüfdürmü? Düşünmürəm. Təsadüfi heç nə yoxdur, hər şey zəruridir. Ağ qar ölkəmizdə siyasi proseslərin təmizliyinə, paklığına işarədir. Hətta mənə elə gəldi ki, dünən göylərdən ölkəmizə ağ seçki bülleteni sərilmişdi. Buyurun, səs verin! (Özümdə yeni istedadlar kəşf edirəm. Əbülfəs müəllim yerində qalsaydı bəlkə mənə xalq artisti adı da düşürdü).

Yaxınlıqdakı parkda müşahidə elədiyim prosesləri də oxucularla bölüşməyi özümə borc bilirəm. Orada xeyli hissələrdə sürüşkən mərmər və qranitlər döşənmişdir. Nəticədə hər yağış, qar yağanda xalqımızın ayağı göyə qalxır. Bəzi insanların qolu-qılçı sınır. Uşaqlar ağlaşır. Vatsap qruplarında şəkillər paylaşılır. Xəstəxanalarda borc dəftəri açılır. Heç kimin ağlına gəlmir ki, nəhayət o sürüşkən daşları əvəz eləsin.

Sözgəlişi, dünən parkımızın müdiri Ağabala müəllim şəxsən vəziyyətə nəzarət edirdi, sürüşənləri qucaqlayır, qəlbinə basırdı. Dayanmadan ora-bura qaçır, camaata yalvarırdı ki, sürüşkən hissələrə çıxmasınlar. Lakin bəziləri buna əməl etmirdi. Xoşbəxtlikdən insan tələfatı olmadı. Bir ortayaşlı qadının ayaqları qırıldığı üçün təcili yardıma müraciət edildi. Yeri gəlmişkən, təcili yardım da vaxtında gəldi və son vaxtlar bu xidmət haqda əhalimizdə yaranmış mənfi rəyi alt-üst etmiş oldu. Yardım gələnəcən yuxarı sinif şagirdləri aşağı sinif şagirdlərinin min zəhmətlə quraşdırdığı Qar adamını alt-üst etdilər.

Şəxsən mən uzun illərdir müşahidə etdiyim bu el adətinə etirazımı bildirirəm. İnsanlar əziyyət çəkir, Qar adamı düzəldir, ona kökdən burun, fındıqdan göz, süpürgədən əl-qol qoyurlar. Lakin hansısa destruktiv tip böyürdən çıxır, Qar adamını təpiklə vurub aşırır. Bu zaman vəhşi səslər çıxarır, sevinirlər. Nəyə sevinirsən? Qar adamını yıxmaq bəyəm böyük şərəf gətirir? Belələrinə nifrətimi qəzet vasitəsiylə çatdırmağı özümə borc bilirəm.

Sonra da deyirlər niyə Qar adamını tapmaq çətindir, dağlara çəkilib, gizlənir və sairə. İmkan verirsiniz ki?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024