Onlayn ictimai-siyasi qəzet
Fransa səfiri Ann Buayon bu gün Laçında olub. Öz dövləti adına, ilk dəfə. Az öncə Parisə geri çağırılan, lakin getdiyi kimi sakitcə geri dönən diplomat Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasiminə qatılıb.
Xoş xəbərdir. Laçından Şuşaya nə qaldı ki...
Burdaca yada salaq ki, işğaldan sonra səfiri bu şəhəri ziyarət etməyən yeganə ölkə məhz Fransadır.
Ann Buayona qədər isə onun sələfi – Zakari Qross 2021-ci ildə Ağdamda olmuşdu. O zaman Qross çox təriflədikləri “mədəni ermənilər”in törətdiyi vəhşilikləri gözləri ilə görmüş, hətta bundan təsirlənmişdi. İndi də “qaçaq səfir”.
İrəliləyişdir. Xüsusən də Azərbaycan dövləti əleyhinə casusluğa görə ötən ilin sonlarında Bakıda saxlanılan fransız Martin Ryan həbsdə olması, Parisin bitmək bilməyən davakar anti-Azərbaycan ritorikası fonunda...
Məsələ də ondadır ki, Azərbaycan-Fransa münasibətləri öz tarixinin bəlkə də ən qəliz dövrünü yaşayır. Bunun da günahı bizdə deyil. Regionun vazkeçilməz dövləti ilə hesablaşmaq istəməyən, erməni separatizminin kökünü kəsmiş 44+1 günlük savaşın nəticələrini çətinliklə həzm edən Parisdədir, Fransa parlamentindədir.
Hansı parlament ki, 2-ci Qarabağ savaşı bitər-bitməz, heç bir beynəlxalq hüquq normasını saya saymadan mifik “artsax”ı dövlət kimi tanıyıb – sənəd qüvvəyə minməsə də. Fransa hökuməti isə BMT TŞ-də 3 dəfə əleyhimizə qətnamə qəbul etdirməyə, Azərbaycanı “soyqırımı”nda suçlamağa çalışıb...
Nə yazıq ki, fransız siyasi elitasında aqressiv ovqat aşağı-yuxarı dəyişməz qalır. Yeni Kaledoniyadakı haqlı etirazlarla bağlı Azərbaycanın qaralanması cəhdləri, ünvanımıza səslənən əsassız ittihamlar buna şəkk-şübhə saxlamır.
Təsəvvür edin, dünən Fransa Senatının üzvü, Marselin vitse-meri, qatı ermənipərəst Valeri Buaye Azərbaycanı “Fransada sabitliyi pozmağa cəhddə, xüsusən də Yeni Kaledoniyada iğtişaşlar törətməkdə” qaralaması azmış kimi, təklif edib ki, “Azərbaycanın aktivləri dondurulsun və həmin vəsait Yeni Kaledoniyada təxminən 1 milyard avroya çatan zərərin ödənilməsi üçün istifadə olunsun”.
Sırtıq madam bunu Senatın iclasında Fransaya xarici müdaxilənin qarşısının alınmasına dair qanun layihəsinin müzakirəsi zamanı söyləyib. Onun iddiasına görə, Fransa əleyhinə hərəkətlərdə Rusiya, Türkiyə və Çin də iştirak edir...
Burda deyiblər, “döymə taxta qapımı, döyməyim dəmir qapını”. Yaxud “nə tökərsən aşına, o da çıxar qaşığına”. Ancaq bu gün Prezident köməkçisi Hikmət Hacıyevin xanım Buayonun da daxil olduğu diplomatik korpus təmsilçiləri ilə Laçında keçirdiyi görüşdə dediyi kimi, artıq oyun bitib, Cənubi Qafqazda yeni reallıq yaranıb.
Hikmət bəyin ismarışının kimlərə, hansı paytaxt(lar)a ünvanlandığı bəlli. Əlbəttə ki, ən əvvəl min km-lərlə uzaqda oturub hələ də Güney Qafqazla bağlı onun iradəsindən kənar məkrli planlar quran, bölgənin açar dövləti Azərbaycanı saymazdan gəlib “erməni kartı” ilə regionu qarışdırmaq xülyasından əl çəkməyən Fransaya, Parisə.
Əbəs cəhdlərdir. Hər halda, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Odur ki, məsləhətdir Makron Fransası “daşları yığmağa” tələssin. Səfir vaxt itirmədən Şuşaya da baş çəksin, ölkəsi isə mənasız düşmənçiliyə son qoysun, öz “ayağına” güllə atmasın.
Onsuz da “yüz” deyən “yüz bir” də deməli olacaq!..
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ