İnsanlara hürriyət, millətlərə istiqlal!

Peysərlə qol vurmaq örnəyi

 

Dünən gürcü futbolçular Çexiya millisinə 4:1 hesabıyla qalib gəliblər, ara yerdə yenə danlanan bizim futbolçulardır.

Bu, ona görə belədir ki, Çexiya millisi Avropanın ortabab komandalarındandır, yeri gələndə ən güclü milli komandalara dirəşə bilir, Gürcüstan isə dünənə qədər autsayder komanda sayılırdı.

İki ay öncə keçirilən Avropa çempionatında gürcülər sübut elədilər ki, o qədər də autsayder deyillər, Türkiyə millisi ilə yaxşı oynadılar, hətta necə oldusa, Portuqaliyaya qalib gəldilər.

O komandaya autsayder deyərlər ki, o, seçmə mərhələnin qrupunda axırıncı yeri tuta, San-Marino, Lüksemburq, Lixtenşteyn kimi cırdan dövlətlərin, eni-boyu Sulutəpə qədər olan ölkələrin komandasına uduza.

Tərs kimi, bu kateqoriyaya öz milli komandamız uyğun gəlir. Ona görə də gürcülər ortabab komandaların birini udanda, bizimkilər isə autsayder sayılan komandalardan birinə uduzanda, təbii olaraq, futbolçularımızın üzü, yumşaq desək, danlaqlı olur. Bu ifadənin yumşaq olmayan variantını da bilirsiniz, ta yazmıram.

Yaxşı ki, “Qarabağ”ımız var və o, Avropa arenasında üzümüzü ağardır. Amma bu komandanın üzümüzü ağartmasıyla yanaşı, qanımızı qaraldan cəhəti də var: biz o qələbələri əsasən legioner futbolçuların sayəsində qazanırıq. Yerli uşaqlar komandanın heyətində çox olanda iki cütdən artıq olmur. Hətta iki cüt bir tək olmaları nadir hadisədir.

Bu da o deməkdir ki, biz “milli futbol”la çox öyünə, sinəmizə döyə, qürrələnə bilmərik. Sinəmizə döyməyimiz yalnız “şaxsey-vaxsey” janrında ola bilər.

Ona görə də ildən-ilə ölkədə belə bir qənaət yoğunlayır ki, kollektiv idman oyunları bizlik deyil. Bizim xarakterimiz kollektiv oyunlarda uğur qazanmağa yetərli deyil. Çünki vahid komandaya, bütöv orqanizmə çevrilə bilmirik. Belə götürəndə ayrı-ayrılıqda idmançılarımız buğa kimi, ayğır kimi güclüdür, amma bir araya gəlib komanda olanda zəifləyir, gücsüzləşirik.

Futbol cüdo deyil ki, Elnur, Hidayət kimi oğlanlar tatamiyə çıxa və rəqiblərini ipponla yerə çırpa. Futbol başqa şeydir, 11 nəfərin 11-i də Hidayət kimi olmalı və sinxron hərəkət edən vahid orqanizmə çevrilməlidir. Yoxsa mümkün deyil.

Bax, İsveçlə oyunda niyə uduzduq? Çünki vahid orqanizmə çevrilə bilmədik. Baş işlətməli olduğumuz yerdə qol, çiyin işlətməli olan yerdə ayaq, ayaq işlətməli olan yerdə qol işlətdik, nəticədə adi penaltimiz də qol olmadı. Bu işin ustaları (Emin Mahmudov və Toral Bayramov) qaldı qıraqda, Ramil Şeydayev özünü B sinifindən olan qızlara göstərmək istəyən 9-cu sinif uşağı kimi topu götürdü ki, özüm vuracam. Emin də dedi ki, yaxşı, al, vur. Ramil aldı, vura bilmədi. İndi Emin deyir ki, problem yoxdur. Necə yoxdur, a qardaş? Öz meydançamızda 1:3 hesabıyla uduzmusunz, bundan böyük nə problem ola bilər futbolda? Bundan böyük problem Qarabağ münaqişəsiydi, 1 ildir o da yoxdur.

Hələ o bir topu da peysərlə vurmağımızı demirəm. Bəxtimiz gətirdi ki, top qapıya girdi. O cür qolu dünya futbolunda vuran olmayıb.

Təqaüdçü qocanın – Santuşun milli komandanın başına gətirilməsi ideyasının uğurlu olmadığı ilk oyundan bilindi. Müasir futbolda uğuru yalnız gənc məşqçilər, yaşı 35-45 arasında olan mütəxəssislər qazana bilər. Ona görə ki, indiki futbol çox sürətli dəyişikliyə uğrayıb. İndi heç bir məşqçi 10-15 il əvvəlki taktikayla futbol oynatmır, kənd müəlliminin “Məmmədağa, vur qabağa” və ya Fatih Terimin “cocuqlar, özünüz bilirsiniz, necə oynamaq lazımdır” taktikası keçmişlərdə qalıb.

Ona görə də qonşular futbol qələbəsi qazananda Qafqazın lider ölkəsi olduğumuz üçün xəcalət çəkməyə məcbur oluruq. Onlar qabağa gedir, biz hələ yerimizdə top çiləyirik.

Çıxış yolu futbolçuların xarakteri üzərində işləmək, onlara əzmkarlığı təlqin etmək, fərdi idman ustalıqlarını artırmağa sövq etməklə yanaşı, kollektivə uyumlu olmağı öyrətməkdir. Komandaxili intriqalar sıfıra endirilməlidir. Bir balaca sol gedən oyunçu komandadan qovulmalıdır – özü də o məşhur dronla. Hər kəs öz işini dəqiq görməlidir. Ştatlı penalti vuranın əlindən topu heç kəs almamlıdır. Yoxsa hər künc zərbəsində qapıçımız gedib başla qol vurmaq istəsə, boş qapımıza 75 metrədən qol vurarlar.

Xülasə, trivial ifadə ilə desək, önümüzdə matçlara baxaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024