İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz o əmri gözləyir! – Ermənistan terror-diversiya hazırlığını bitirir

Başına gələnlərdən dərs götürməyən Ermənistanın sürətlı silahlanması fonunda revanşist-radikalların da ayağı əməllicə yer alıb. Diqqəti çəkən həmçinin Nikol Paşinyan hakimiyyətinin onları görməzdən gəlməsidir. Yalnız bir neçə fakt.

Minval.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 44 günlük müharibədən sonra Ermənistanda “ARM Tactical” idman klubu adı altında xüsusi taktiki, snayper və terror-təxribat hazırlığı mərkəzi öz sıralarını xeyli genişləndirib. Təlim mərkəzinin hətta Instagram səhifəsi də var. Mərkəz Abovyan şəhəri yaxınlığında, İrəvandan cəmi 11-12 km-lik məsafədədir. Yəni rəsmi şəxslərin “ARM Tactical”ın varlığından xəbərsiz olması, sadəcə, mümkünsüz...

Beləcə, Ermənistanda Azərbaycan əleyhinə təxribat-terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlandığı zərrəcə şübhə doğurmur. Üstəlik, proses faktiki surətdə dövlətin nəzarəti altında və onun büdcəsi hesabına (!) gedir. Bədniyyətli planlar “idman klubları”, “yeniyetmələr üçün sağlamlıq məktəbləri” və s. bu kimi adlar altında həyata keçirilir.

Bir neçə gün öncə isə azad edilmiş sərhədimiz yaxınlığında ermənilərin səngərlər qazması haqda məlumat yayılmışdı. Həmsərhəd ərazilərimizin, o cümlədən Naxçıvanın vaxtaşırı atəşə tutulması halları da öz yerində. Hansı faktları ki, Ermənistan Müdafiə Nazirliyi həmişə həyasızcasına danır...

Bu yerdə yada salaq ki, Azərbaycana ərazi iddiasından hələ də rəsmən imtina etməyən Ermənistanda ötən ilin sonunda “Müdafiə haqqında” Qanuna əlavələr paketi təsdiqlənib. Paketə əsasən qonşu ölkədə ərazi müdafiə sistemi kökündən dəyişdirilir, könüllülük sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəzlənir. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək.

“Onların əsas vəzifəsi isə təhdidlər zamanı silahlı qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq”, - məlumatda bildirilirdi. Əslində isə söhbət Azərbaycana qarşı diversiya-təxribat işləri ilə də məşğul olacaq alternativ ordu birləşmələri yaratmaqdan gedir...

Bütün bunlar təsadüfmü? Erməni tərəfi nəyə hazırlaşır? Suallar ritorikdir. Ancaq gəlin cavabı qatı revanşist və antitürkçü, özünü politoloq kimi təqdim edən Qrant Melik Şahnazaryanın dilindən də eşidək. Yeri jurnalistlərlə söhbətində o deyib “xalqa və orduya yeni qələbələrə zəmin yaratmağa qadir əsl lider lazımdır”.

Sitat: “Biz liderliyi bərpa etməliyik ki, həm hərbi, həm də siyasi rəhbərlik silahlı qüvvələr qarşısında dəqiq vəzifələr qoysun və bu vəzifələrin icrasında ardıcıllıq nümayiş etdirsin. Xalqımızın, ordumuzun belə potensialı oduğuna əminəm. Biz lider problemini həll edəndən sonra bir daha hərbi qələbəmizin zövqünü yaşayacağıq”.

Görəsən hansı “hərbi qələbələrdən və onların zövqü”ndən dəm vurur bu erməni dığası? Hara, kimə hücum etmək istəyirlər? Bəyəm Ermənistanı kimsə işğal edib?

Hələ də göylərdə süzən bu revanşist sarsaqlara elə gəlir ki, guya Paşinyanı devirsələr 90-cı illərin əvvəllərində olduğu kimi, Azərbaycanın üzərinə gedib təzədən torpaq işğal edə biləcəklər. Bu iki ayaqlı məxluqlar görən hər gün nə yeyir, nə içirlər?..

Yaxud Xocalı hərbi canilərindən olan keçmiş müdafiə naziri, 2-ci Qarabağ savaşı zamanı dovşan kimi qaçıb canını güclə qurtarmış Seyran Ohanyan ad-soyadlı çaqqal dünən ərz edib ki, bəs “Azərbaycan bizim zərbələrimizi yenə görəcək”. Daha xəbəri yoxdur ki, bu dəfə onun özünü qulaqlayıb Bakı məhkəməsində araiklərin, vardanyanların oturduğu yerdə oturdacağıq. Azərbaycana hürən, səbrimizlə oynayan, “dəmir qapaz”dan nəticə çıxarmayan digər murdar daşnak ünsürləri, dil pəhləvanları da eləcə...

Bakı öz sərt xəbərdarlığını artıq edib. Həm də ən yüksək səviyyədə və net şəkildə. Əgər N.Paşinyan hökuməti revanşist-faşistlərin öhdəsindən gəlməzsə, yaxud bunu istəməzsə, onda Azərbaycan gərəkənləri edəcək.

Biz Qarabağa əhalimizi ona görə köçürmürük, torpaqlarımızı ona görə minalardan təmizləyib bərpa etmirik ki, təzədən erməni terrorçu-diversantların hədəfində olsun. Bunu qulaqlarında sırğa etsinlər. BMT Nizamnaməsi də belə hallarda Azərbaycana önləyici tədbirlər görmək, o sırada Ermənistan tərəfdən sərhəd boyu təhlükəsizlik zolağı yaratmaq haqqı tanıyır.

Deyəsən, komandoslarımızın hərəkətə keçmək zamanı yetişir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Aprel 2025

24 Mart 2025

17 Mart 2025

14 Mart 2025

12 Mart 2025

07 Mart 2025

05 Mart 2025

28 Fevral 2025

26 Fevral 2025

25 Fevral 2025

22 Fevral 2025

17 Fevral 2025

10 Fevral 2025

07 Fevral 2025

04 Fevral 2025

01 Fevral 2025

29 Yanvar 2025

27 Yanvar 2025

22 Yanvar 2025

20 Yanvar 2025

17 Yanvar 2025

13 Yanvar 2025

10 Yanvar 2025

06 Yanvar 2025

04 Yanvar 2025

30 Dekabr 2024

27 Dekabr 2024

23 Dekabr 2024

16 Dekabr 2024

11 Dekabr 2024