Onlayn ictimai-siyasi qəzet
“Bir vermə, bir də istər, yatmağa yer də istər”
(Azərbaycan ata sözü)
Türkiyədə erməni jurnalist Hrant Dinki qətlə yetirmiş Ogün Samast şərti azadlığa buraxılıb. Buna görə bəzi ermənipərəstlər mırıldaşmağa başlayıblar. Adam mat-məəttəl qalır. Sanki bu bədbəxt oğlu ömrünün axırınacan türmədə oturmalıymış. Türk xalqına qarşı terror törədən onlarla erməni kef içində dolaşıblar, heç türmədə yatmayıblar. Bunlardan ilk yadıma düşəni Tələt paşanı Berlində öldürən Soqomon Teyleryandır. Soqomonu guya dəli sayıb azadlığa buraxmışdılar. Sonra da 30-40 il Avropada, ABŞ-da süləndi, San Fransiskoda cəhənnəmə vasil oldu. Bizim ADR hökumətinin naziri Behbud xan Cavanşiri İstanbulda öldürən Misak Torlakyan da azad buraxılıb uzun illər sonra Amerikada gəbərmişdi. Belə ermənilərdən fikirləşsən, axtarsan onlarla taparsan. Amma nədənsə Ogün Samast gözə girir.
Mən heç buna münasibət bildirməzdim, hörmət bəslədiyim türkiyəli jurnalist Fatih Altaylının reportajında gördüm. Ogün Samastın şərti azadlığa buraxılmasını pisləyirdi. Fikrimcə, nahaq yerə.
Bu bədbəxt oğlu bədbəxt Ogün Samast Hrant Dinki öldürəndə 17 yaşı vardı, hakim 22 il cəza kəsmişdi, onun 16 ilini türmədə keçirib, yaxşı davranışına görə indi şərti azadlığa buraxılıb. 16 il “yatıb” da, ta neyləməliydi? Amma yooox, işin içində erməni varsa, cəza minilliklər boyu çəkməlidir. “Dünya birliyi” belə tələb edir. Qədim xalqa qarşı terror ağır cəzalanmalıdır, qədimi olmalıdır, bəs nə bilmişdin... Türkü istədiyin qədər öldür, nə olacaq?
Əlbəttə, indi yenə bəzi ağzıgöyçəklər dodaq büzər, deyər ki, müqayisə qüsurludur, Hrant Dink məsum idi. O haqda ətraflı bilgim yoxdur, lap imam övladı olsun, qatilinə cəza verilib, ta nə etməliydilər?
Bəs erməniləri Qarabağda xilas edən bədbəxt Behbud xan Cavanşir kim imiş? Yaxşılığın cavabı belə verilməliydi?
Mən bu etnik düşmənçiliyin aradan qalxmasına, hər xalqa, hər insana qarşı humanist davranışa tərəfdaram. Ancaq atalar demişkən, qonaqlıq yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə... Humanizm birtərəfli olanda xiyar əyri bitir. Ermənilərin göz yaşını silib türkləri ağlatmağın heç bir yaxşı perspektivi yoxdur. Bunu ən azı son 3 ildə bəzi beynəlxalq mərkəzlər və ekspertlər anlamış olarlar. Türkiyə Böyük Millət Məclisinin əski deputatı, erməni Garo Palyan-ın təzəlikcə "AzadlıqRadiosu"na açıqlamasında deyilən kimi: “Ermənilərin Qarabağ və ətrafındakı azərbaycanlılara qarşı dağıdıcı, düşmən münasibətinin nifrət enerjisi 30 ildə yığıldı, Qarabağ ermənilərinin başında çatladı”. Dəqiq müşahidədir.
Təzəlikcə ABŞ-dan, xarici işlər idarəsindən (dövlət departamenti) kiminsə daldan atılan daş-açıqlamasını oxudum. Deyir, Qarabağ ermənilərinin əraziyə qayıtması, əmlaklarının toxunulmazlığı mütləqdir, biz bunu Azərbaycandan tələb edirik.
Mənim Füzulidəki evimə qayıtmaq hüququmu niyə belə mütləq şəkildə qoymurdunuz, əziz yoldaş? 27 il mən ora yuxumda gedə bilirdim, 3 il qabaq da gedib gördüm iki-üç daş qırıntısı qalıb. Bizim əmlak, evlər evdən sayılmırdı? Bizi öldürəndə kor Fatı oluruq, erməni öləndə alagözlü Fatoş?
Maraqlıdır, indi soyadı yadıma düşdü: amerikalı cənab O Brayen idi. Nə qədər maraqlı soyaddır. Sizə də tanış gəldimi? “1984"-də bədbəxt Uinstonun torbasını tikən gizli polisin də soyadı O Brayen idi. Ermənilər ehtiyatlı olsunlar.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ